“Böyük qəsəbədir, xirtdəyə qədər də problemi…” – ƏMƏKDAR JURNALİST – FOTOLAR

Qəbələnin Bum qəsəbəsində seçicilərlə görüşdüm. Böyük qəsəbədir, 4000-ə yaxın seçicisi var. Xirtdəyə qədər də problemi.

Etikxeber.az xəbər verir ki, bunu Əməkdar jurnalist, deputatlığa namizəd Ləman Ələşrəfqızı deyib.

Qeyd edib ki, ən başlıca problem məktəb sarıdandır.

“Deputat üzü görməmişik, sən bizi sayıb ayağımıza gəlmisən, həm də tanıdığımız el qızımızsan deyib məni Bumdan gülər üzlə yola saldılar. Mən də söz verdim. Təkliflər qutumuza atılan bütün şikayətlərlə tanış olacam və Bum camaatına bacardığım qədər kömək edəcəm. Jurnalist vərdişim başqa cür fərqlənməyimizə imkan verməyib, verməyəcək”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

Qənirə Paşayeva bu dəfə Bozalqanlı və İbrahimhacılıda – FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

Müsavatçı da namizədliyini-GERİ GÖTÜRDÜ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir