Böyük şəxsiyyəti itirdik – ŞİRMƏMMƏD HÜSEYNOVU – YENİLƏNİB

Azərbaycan mətbuat tarixinin əvəzedilməz tədqiqatçısı,  böyük şəxsiyyət, Bakı Dövlət Universitetinin professoru Şirməmməd Hüseynov vəfat edib.

Etikxeber.az xəbər verir ki, Prezident təqaüdçüsü bu gün, axşam saatlarında 95 yaşında dünyasını dəyişib.

Azərbaycanın görkəmli alim və mətbuat tədqiqatçısı, Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, Bakı Dövlət Universitetinin mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru Şirməmməd Hüseynov 1924-cı ildə Şəkidə anadan olub. 1941-1943-cü illərdə Şəki şəhəri 2 illik müəllimlər institutunda fizika-riyaziyyat fakültəsində təhsil alıb.

1945-1950-ci illərdə ADU, filologiya-jurnalistika şöbəsində təhsil alıb. 1950-1954-cü illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsinin aspirantura şöbəsində təhsil alıb. 1954-cü ildə MDU, jurnalistika fakültəsində namizədlik dissertasiyası müdafiə edib.

ŞƏXSİYYƏT

1954-1961-ci illərdə BDU, filologiya fakültəsi jurnalistika kafedrasının müəllimi, dosent vəzifələrində çalışıb. 1962-1969-cu illərdə BDU, filologiya fakültəsinin dekan müavini olub. 1961-1971-ci illərdə BDU, jurnalistiknın nəzəriyyə və təcrübəsi kafedrasının dosenti vəzifəsində çalışıb. 1971-1976-cı illərdə BDU, Jurnalistika fakültasinin dekanı vəzifəsində çalışıb. 1971-1988-ci illərdə BDU, mətbuat tarixi kafedrasının dosenti vəzifəsində çalışıb. 1976-1988-ci illərdə BDU, mətbuat tarixi kafedrasının müdiri vəzifəsində işləyib.

1988-ci ildən BDU, mətbuat tarixi kafedrasının professoru kimi fəaliyyət göstərib. Azərbaycan Demokratik Cumhuriyyətinin, Məmməd Əmin Rəsulzadə irsinin öyrənilməsində, təbliğində xidmətləri olub.

Qeyd edək ki, Ş. Hüseynovun həyat yoldaşı Ülkər Hüseynova da tanınmış mətbuat nümayəndəsidir,  “Elm və həyat” jurnalının redaktorudur. Qızı Fərəh Əliyeva isə Prezident Administrasiyasının Humanitar siyasət şöbəsin müdiridir.

***

Ş. Hüseynovla vida mərasiminin yeri dəyişdirilib.

Mərasim sabah saat 13:00-da Bakı dövlət Universitetində keçiriləcək.

Allah rəhmət etsin!

Etikxeber.az

Read Previous

“Yanlış yolla irəliləmisiniz” – RAFAEL HÜSEYNOV AŞPA-YA SƏSLƏNDİ

Read Next

“Azərbaycan son illər Cənubi Qafqazda iri layihələr həyata keçirir ki…” – OQTAY ƏSƏDOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir