Böyük Teatrda azərbaycanlı musiqiçinin iştirakı ilə – “İOLANTA” OYNANILACAQ

Oktyabrın 5-6-da Rusiya Dövlət Akademik Böyük Teatrında P.Çaykovskinin “İolanta” operası nümayiş olunacaq.

Etikxeber.az teatrın saytına istinadla xəbər verir ki, səhnə əsərində mavritaniyalı həkim İbn Hakianın partiyasını Azərbaycanın Xalq artisti Elçin Əzizov (bariton) ifa edəcək.

2008-ci ildən Böyük Teatrın solisti olan Elçin Əzizov P.Çaykovskinin “İolanta” və “Qaratoxmaq qadın”, N.A.Rimski-Korsakovun “Çar gəlini”, J.Bizenin “Karmen”, M.Musorqskinin “Boris Qodunov”, C.Verdinin “Traviata”, “Don Karlos”, A.Borodinin “Knyaz İqor” operalarında yaddaqalan obrazlar yaradıb.

Etikxeber.az

Read Previous

Millimizin üzvü Çexiya liqasındakı oyunda fərqləndi

Read Next

Dinozavr skeleti təxminən 4 milyon dollara hərraca çıxarılır – DUBAYDA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir