Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün ABŞ prezidenti Co Baydenin 1915-ci il hadisələri ilə bağlı “soyqırımı” ifadəsini işlətməsi çox böyük təəssüf doğurur. Bu ədalətsiz bəyanatı qınayırıq. Tarixdən məlumdur ki, 1915-ci ildə əslində türklər soyqırıma məruz qalıb. Ermənilər xalqımıza qarşı da dəfələrlə kütləvi qırğınlar törədiblər. Bu, danılmaz həqiqətdir. Bizlərə qarşı tarix boyunca soyqırım törədildiyi halda, uydurma erməni soyqırımının Qərb dövlətləri tərəfindən gündəmdə saxlanılması yalnız siyasi məqsədlərə xidmət edir.
Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Fatma Yıldırım deyib.
Qeyd edib ki, ermənilərin uydurma iddiaları həmin ölkələr tərəfindən bir alət kimi istifadə olunur.Amma tarixi saxtalaşdırmaq mümkün deyil! Türkiyə dövləti rəsmi olaraq həmin dövrlə bağlı arxivlərin açılmasını, ortaq komissiyanın yaradılmasını illər öncə təklif edib:
“Ermənistan isə arxivlərin açılmasından imtina edib. Bu fakt erməni riyakarlığının nümunəsidir.Uydurma “erməni soyqırımı”nın bəzi dövlətlər tərəfindən tanınması türkofobiyanın göstəricisidir. Məqsəd bu uydurma məsələdən Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə etməkdir. Azərbaycan hər zaman olduğu kimi bu gün də qardaş Türkiyənin yanındadır! Böyük türk xalqını bu cür saxta ittihamlarla zəif düşürmək mümkün deyil”.
Etikxeber.az