Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi yubiley medalı-TƏSİS EDİLDİ VƏ…

Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi (1945-2020) yubiley medalı təsis olunub.

Etikxeber.az xəbər verir ki, bu, Milli Məclisin (MM) bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Eyni zamanda yubiley medalının Əsasnaməsi təsdiqlənib.

***

“Bu medalın təsis olunması bizim müstəqil dövlətçilik düşüncəmizin tərkib hissəsidir”.

Bunu isə I Vitse-spiker Əli Hüseynli qanun layihəsinin müzakirəsi zamanı deyib.

Ə. Hüseynli bildirib ki, MDB İcraiyyə komitəsində də Böyük Vətən Müharibəsinin yubiley medalı təsis edilib:

“Bu medalın bu gün bizdə də təsis edilməsi müstəqil Azərbaycan dövlətinin iradəsidir”.

Layihə plenar iclasda səsverməyə çıxarılaraq qəbul edilib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Azərbaycan Bayrağı” ordeni alan şəhidlərin ailələrinə də təqaüd verilməsi yaxşı olardı”-MM-İN KOMİTƏ SƏDRİNİN MÜAVİNİ

Read Next

Daha 64 nəfərdə koronavirus aşkarlandı, 11 nəfər isə sağaldı-OPERATİV QƏRARGAH

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir