“Böyük Zəfərin 101 Şəhidi”-AYDIN TAĞIYEVİN ŞƏHİDLƏRƏ HƏSR ETDİYİ KİTABININ MÖHTƏŞƏM TƏQDİMAT MƏRASİMİ OLDU… – FOTOLAR – YENİLƏNİB

Gənc və tanınmış jurnalist, yazar Aydın Tağıyevin İkinci Vətən Müharibəsi Şəhidlərinə həsr etdiyi “Böyük Zəfərin 101 Şəhidi” adlı kitabının təntənəli təqdimat mərasimi olub.

Etikxeber.az xəbər verir ki, iyunun 16-da, saat 12:00-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının “Şuşa” zalında baş tutan təqdimat mərasimində kitabın müəllifi və ailə üzvləri, ziyalılar, media mənsubları, gənc sənətçilər, AMEA-nın əməkdaşları, o cümlədən BakıSumqayıt şəhərlərindən, Şamaxıdan, Astaradan, Xocavənddən, Bərdədən, Ağcabədidən, Ağdamdan və digər bölgələrdən olan Şəhid ailələri, Qazilər iştirak ediblər.

Mərasimdə öncə Şəhidlər xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.

Sonra çıxışlar edilib.

Kitabın müəllifi Aydın Tağıyevin “Böyük Zəfərin 101 Şəhidi”nin ərsəyə gəlməsindən danışıb.

Çıxışlarda İkinci Vətən Müharibəsindən, tarixi Qələbə və Zəfərimizdən, Şəhidlərin fədakarlıqlarından, İgidlik və Qəhrəmanlıqlarından bəhs olunub.

Eyni zamanda, belə bir kitabın ərsəyə gətirilməsinə görə müəllifə minnətdarlıq ifadə olunub.

Tədbirdə həmçinin, gənc sənətçilər tərəfindən Vətənə, Şəhidlərə həsr olunmuş mahnılar ifadə edilib.

Təqdimat mərasimi iki saata yaxın davam edib.

Mərasimin sonunda tədbir iştirakçılarına, Şəhid ailələrinə kitablar hədiyyə olunub, xatirə fotoları çəkdirilib.

14:23

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub-MN

Read Next

30 yaşı tamam olan-BAKILI VƏ ŞAMAXILI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ELVİN ABASOVUN CƏNNƏTDƏKİ ÜÇÜNCÜ DOĞUM GÜNÜ… – FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir