“Boyunu aşan işlərə girmə!” – ƏRDOĞANDAN MAKRONA

“Ey Makron, boyunu aşan işlərə girmə!”

Etikxeber.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa prezidenti Emmanuel Makronun Fransanın terrorçu PKK-nın Suriya qanadı olan YPG-yə arxa çıxa və hətta, lazım gələrsə, Türkiyəylə-YPG arasında arabuluçuluq( vasitəçilik) edə biləcəkləri ilə bağlı dediklərinə münasibətini bildirərkən deyib.

Onu da qeyd edək ki, Makron öz rəsmi  iqamətgahında terrorçu YPG-nin 7 üzvünü qəbul edib, həmçinin, terrorçuların (YPG, PYD və PKK-lıların) əlində olan Suriyanın Menbiç bölgəsinə fransalı hərbçilər göndərəcəyini bəyan edib.

erdogan-1-3

Fransanın və Makronun bu addımlarını, davranışlarını qətiyyətlə pisləyən Ərdoğan qeyd edib ki, terrorçularla yatıb-qalxanlar, onlara arxa və dəstək çıxanlar bir gün bu əməllərinin bədəlini ödəyəcək, haqq etdikləri cəzanı alacaqlar.

“Sən kim olurrsan ki, vasitəçilik sözünü dilinə alırsan?! Türkiyənin terrorçularla bir masa ərtafında oturmaq kimi bir durumu yox, bu, müzakirə mövzusu belə ola bilməz. Ey Makron, boyunu aşan işlərə girmə, həddini bil! Bundan sonra Fransanın terrordan, terrorçulardan, terraktlardan şikayətlənməyə haqqı ola bilməz”-deyə, Ərdoğan sözlərinə əlavə edib.

O, eyni zamanda, Menbiçlə, Sincarla və terrorçuların əlində olan digər bölgələrlə bağlı hər an hərbi əməliyyatlara başlana biləcəyinin anonsunu  verib:

“Kandil bizim üçün nədirsə, Sincar da onu ifadə edir. Bir gün ansızın gələ biliriz”.

Etikxeber.az

 

Read Previous

Deputat Məmmədyarovla bağlı istefa çağırışına aydınlıq gətirdi…

Read Next

O, cəsarətli vətəndaş mövqeyi olan insan idi…- MEHRİBAN ƏLİYEVA – FOTOLAR – YENİLƏNİB- (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir