“Böyüyə hörmət, ağsaqqal və ağbirçəkdən xeyir dua-almaq…” – MİLLƏT VƏKİLİ – FOTOLAR

Böyüyə hörmət, ağsaqqal və ağbirçəkdən xeyir dua-almaq kimi xalqımızın milli mənəvi dəyərlərini qorumaq və ona əməl etmək hər birimizin borcudur. Seçkinin təbliğat və təşviqat kampaniyası dövründə 21-ci Nəsimi Seçki Dairəsində yaşayan çox nüfuzlu, həqiqi mənada ziyalı və mikrorayonun ağsaqqalı sayılan Cəlalov Ağarəhim müəllimin və onun çox dəyərli xanımı, 190 saylı tam orta məktəbin tanınmış müəlliməsi Nüşabə xanım gilin ailəsində çay süfrəsində olaraq, onların xeyir dualarını aldıq.

Etikxeber.az xəbər verir ki, 4 dəfə Milli Məclisin (MM) üzvü seçilən və 5-ci dəfə adıçəkilən dairədən deputatlığa namizəd Məlahət İbrahimqızı deyib.

“Həm Ağarəhim müəllim və dəyərli qonşuları Firudin müəllim söhbətləri ilə əsil Heydər Əliyevçi olduqlarını, hər zaman möhtərəm Prezidentimiz cənab İlham Əliyevi dəstəklədiklərini bildirdilər. Səmimi görüşdə hətta faydalı məsləhətlərini də bizdən əsirgəmədilər. Bu ailə həm də doktor Mirələm və doktor Mirhəşim kimi dəyərli, ləyaqətli və vətənpərvər övladları ilə də nümunəvidirlər…”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

Kamilə Əliyeva kimlərin-XEYİR-DUASINI ALDI? – FOTOLAR

Read Next

Eldəniz Səlimov-YENİ GÖRÜŞLƏRDƏ – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir