Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Braziliya Futbol Konfederasiyası milli komandanın baş məşqçisi Tite (əsl adı Adenor Leonardo Bakşi) ilə müqavilənin müddətini uzadıb.
Etikxeber.az xəbər verir ki, 57 yaşlı mütəxəssis 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının sonuna qədər yığmanın sükanı arxasında olacaq.
Qeyd edək ki, Tite 2016-cı ildən Braziliya millisinin baş məşqçisidir.
Onun rəhbərliyi ilə komanda Rusiyada keçirilən XXI dünya çempionatının dörddəbir finalında Belçikaya 1:2 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.
Braziliya yığması Tite ilə keçirdiyi 26 oyunun 20-də qalib gəlib və yalnız iki qarşılaşmada meydanı məğlub tərk edib.
Etikxeber.az