Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti “Brexit”dən bu ölkə ilə münasibətlərin hansı şəkildə davam edəcəyinə aydınlıq gətirib.
Mətbuat Xidmətindən Etikxeber.az-a bildirilib ki, bu ilin 31 yanvar tarixində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa İttifaqının (Aİ) üzvlüyündən çıxması (Brexit) rəsmiləşir və Birləşmiş Krallığın Aİ-dən çıxması ilə əlaqədar “keçid dövrü” başlayır.
Həmin dövr ərzində tərəflər arasında gələcək münasibətləri tənzimləyən Azərbaycan arasındakı ikitərəfli sazişlərə tərəf kimi qalacaq.
Eyni zamanda, Azərbaycanla Birləşmiş Krallıq arasında gələcək ikitərəfli münasibətlərə dair müvafiq sazişin razılaşdırılması istiqamətində iş davam etdirilir:
“Azərbaycan Birləşmiş Krallıq ilə münasibətlərinin yüksələn xətt üzrə inkişafında maraqlıdır və iki ölkə arasında siyasi dialoq uğurla davam etdirilir. Böyük Britaniya Azərbaycanın enerji sahəsində ən mühüm tərəfdaşlarından biridir. Əminik ki, “Brexit”dən asılı olmayaraq, Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlıq əlaqələrinin inkişafı davam edəcək”.
Etikxeber.az