Britaniyada Van Qoq və Obama ilə “selfi” sərgisi- FOTO

Böyük Britaniyada aralarında Vinsent Van Qoq və Barak Obama kimi məşhur simaların avtoportretləri olan “Selfi” sərgisi açılacaq.

Etikxeber.az theguardian.com saytına istinadla xəbər verir ki, sərginin bu ilin martında Londonun “Saatçi” qalereyasında açılması nəzərdə tutulub.

Tədbirin təşkilatçısı Naycel Herstin bildirdiyinə görə, sərgidə selfinin tam tarixi analizi və yaradıcı potensialı nümayiş etdiriləcək.

Sərgi iştirakçıları Rembrandt və Velaskes kimi məşhur rəssamların avtoportretləri ilə yanaşı, Treysi Emin, Kutluq Ataman və Cun Kalipso kimi müasir fotoqrafların əl işləri ilə də tanış ola biləcəklər. Müasir Şerlok Holms həvəskarları isə britaniyalı aktyor Benedikt Komberbetçin 2014-cü ilin “Oskar” mükafatının təqdimat mərasimində çəkdiyi şəkli də sərgidə görə biləcəklər.

Etikxeber.az

Read Previous

Dövlət Duması Azərbaycan və Qırğızıstanda səyyar iclas keçirəcək

Read Next

Ticarət mərkəzindən 100 qram qızıl oğurlandı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir