Britaniyalı milyoner Avstraliyada təyyarə qəzasında həlak oldu

Böyük Britaniyanın “Compass Group” şirkətinin icraçı direktoru Riçard Kazins və yaxın qohumları Avstraliyada təyyarə qəzası nəticəsində həlak olublar.

Etikxeber.az yerli KİV-lərə istinadla xəbər verir ki, birmühərrikli “DHC-2” təyyarəsi Hoksberi çayına düşüb. Qəza nəticəsində pilot və təyyarədəki beş sərnişin həlak olublar.

Əlli ölkədə fəaliyyət göstərən “Compass Group” zavodlara, məktəblərə, universitetlərə, xəstəxanalara, həbsxanalara, idman obyektlərinə və neft platformalarına ərzaq çatdırılması ilə məşğuldur. İl ərzində şirkət dörd milyarda yaxın insana xidmət göstərir.

Etikxeber.az

Read Previous

“Onlar öz tələblərində haqlıdırlar…” – RUHANİ

Read Next

Kim gəlir, kim gedir? – “Səbail” fəallıq nümayiş etdirir…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir