Britaniyalı müğənni Adel türkəsilli ola bilər

Türkiyənin “Hürriyet Daily News” qəzetinin yaydığı xəbərə görə, xalq mahnı ifaçısı Mehmet Asar britaniyalı məşhur müğənni Adelin doğma atası olduğunu bildirib.

Etikxeber.az xəbər verir ki, Türkiyənin Bodrum şəhərindən olan Mehmet Asar Adellə üz cizgilərindəki oxşarlıqdan əlavə, barmaq quruluşlarının da bənzər olduğunu bildirib.

Atalığını DNT analizi ilə sübut etməyə hazır olan Asar müğənni və anasını Bodruma məzuniyyətə dəvət edib.

Qeyd edək ki, 2015-ci ildə Adel türkiyəli müğənni Ahmet Kayanın pərəstişkarları tərəfindən mahnı oğurluğunda ittiham olunmuşdu. Britaniyalı müğənninin “Million Years Ago” adlı musiqi əsərinin Ahmet Kayanın 1985-ci ildə işıq üzü görmüş “Acılara tutunmak” mahnısı ilə oxşar olduğu bildirilirdi.

Müğənni Adel müasir musiqi dünyasının ən uğurlu ifaçılarından biridir. İlk musiqi albomu ilə iki “Qremmi” mükafatı alan Adelin ikinci albomu Britaniyada “Minilliyin ən çox satılan albomu” adına layiq görülüb.

Etikxeber.az

Read Previous

Əliyev gömrükçüləri təltif etdi

Read Next

Yığmamızın “Avro-2019″dakı oyunlarının təqvimi müəyyənləşib

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir