Brokerlər, bankçılar, auditorlar, kassirlər aradan çıxacaq?!

Elmin və texnologiyaların inkişafı növbəti 15 il ərzində xüsusilə aktual olacaq. Xüsusilə də, internet texnologiyaları, süni zəkanın daha çox inkişaf etməsi gözlənilir. Robortlar artıq son illər ərzində populyarlaşıb, gələcəkdə daha da populyarlaşacaq və növbəti illərdə bir çox işlərin avtomatlaşdırılmasının şahidi olacağıq.

Etikxeber.az-ın xəbərinə görə, bunu MM-də iki gündür davam edən Parlamentlərarası İttifaqın  Gənc Parlament Üzvlərinin 5-ci Qlobal Konfransında çıxışı zamanı AzərKosmos ASC-nin sədr müavini Rövşən Rüstəmov deyib.

Azerkosmos

O, qeyd edib ki, brokerlər, bankçılar, hüquqşünaslar, auditorlar, kassirlər növbəti bir neçə 10 il ərzində aradan çıxacaq:

“İnklüziv dayanıqlı iqtisadi inkişafa, “hamıya iş yerləri” şüarı altında işlər aparılmalıdır. Azərbaycanda insan kapitalı gələcəkdə bizi gözləyən dəyişikliklərə uyğunlaşmağa hazırdır.

Təbii ki, bunun arxasında düzgün qərarlar olmalıdır. Hazırda Azərbaycanın peykləri gənc azərbaycanlı mütəxəsislər tərəfindən idarə olunur. 2011-ci ildə AzərKosmos yaradılanda xaricdə təhsil almış azərbaycanlı gənclərin ölkəyə qayıtması nəticəsində biz Azərkosmos komandasının formalaşdırılmasında heç bir çətinlik yaşamadıq.

Ümumilikdə tendensiya belədir ki, müəyyən iş növləri aradan qalxacaq, daha çox yaradıcılıq, liderlik bacarıqları yaxşı olan iş yerləri daha aktual olacaq.

Milyonlarla insan öz peşələrini dəyişməsə öz işlərini itirəcəklər. İnsanlar bu riskləri nəzərə almalıdırlar, hökumətlər, qeyri-hökumət təşkilatları insanları maarifləndirməlidirlər və stimullaşdırlamıdırlar ki, yeni peşələrə yiyələnsinlər”. 

AzərKosmosda aparılan işlər barəsində danışan R.Rüstəmov qeyd edib ki, ASC-də tədqiqatlar və inkişaf mərkəzləri yaradılır.

Onun sözlərinə görə, gənclər peyklərin idarə olunması üçün proqram təminatları hazırlayıylar.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

 

Read Previous

Milli Məclis, beynəlxalq toplantı və “keçi südü” məsələsi…

Read Next

Milli Məclis, Ombudsman, “zəhərlənmiş sümük”, Şvartsenegger və Stallone…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir