Brüsseldə Bakı havası-MUSA URUD YAZDI

Aprelin 6-da Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşkilatçılığı ilə Brüsseldə keçirilən üçtərəfli görüş Azərbaycanın növbəti diplomatik uğuru kimi yadda qalacaqdır.

Azərbaycanın müzəffər lideri cənab İlham Əliyev həmişəki kimi təmkinli, özünə inamlı və qürurlu idi.

Hər kəs gördü ki, Brüssel görüşündə masada olan Azərbaycanın təklifləridir, görüşün formasını da, mahiyyətini də, tonunu da Azərbaycan diqtə edir.

Cənab Prezident İlham Əliyevin irəli sürdüyü baza prinsiplərinə əsaslanan 5 təklif Brüssel müzakirələrinin gündəmi oldu. Əsas razılaşmalar da bu istiqamətdə əldə edildi:

-sərhədlərin delimitasiyası prosesinə başlamaq üçün işçi qruplarının tezliklə yaradılması;- kommunikasiyaların, o cümlədən Zəngəzur dəhlizinin açılması istiqamətində razılaşmanın əldə edilməsi;- suverenlik və ərazi bütövlüyünün qarşılıqlı tanınması təklifinə Ermənistan tərəfin etiraz etməməsi;

Danışıqlar zamanı ” Dağlıq Qarabağ”, “status”, ” Minsk qrupu” ifadələrinin ümumiyyətlə, işlədilməməsi. Brüssel görüşünün əsas nəticələrindən biri odur ki, bölgədə davamlı sülh prosesi üçün getdikcə möhkəmlənən etimad mühiti yaranmaqdadır.Rusiya ilə yanaşı Avropa İttifaqı da Azərbaycanın ədalətli qələbəsini qəbul edir və münaqişənin həllinin son mərhələsinə öz töhfələrini vermək istəyirlər.

Ermənistan Baş nazirinin Azərbaycanın təkliflərinə açıq mətnlə etiraz etməməsi də diqqətdən qaçmamalıdır və bu fakt artıq Paşinyanın və erməni ictimaiyyətinin reallıqla barışmaq zorunda olduğunun göstəricisi kimi qiymətləndirilməlidir.

Brüssel görüşü İrəvandakı revanşistlərə və Xankəndidəki separatçı tör- töküntülərinə çox sərt, həm də sonuncu xəbərdarlıq oldu: bölgədə ab- havanı Azərbaycan müəyyən edir, sabahkı aqibətiniz davranışınızdan asılı olacaqdır və davranışlarınızı bölgənin lideri cənab İlham Əliyevin addımlarının ritminə uyğunlaşdırmağa məcbursunuz!

Gələcək əmin-amanlığınız və rahatlığınız Azərbaycan bayrağının kölgəsində olacaqdır.

Bu torpaqlarda bundan sonra başınızı yuxarı qaldıranda bayaqlarımızı və Bayraqdarlarımızı görməyə alışmaqdan başqa yolunuz yoxdur.

Brüssel müzakirələri həm də onu göstərdi ki, Avropa hələ azərbaycanca danışa bilmir, amma azərbaycancanı eşidir, başa düşməyə, dərk etməyə çalışır.

Üçtərəfli görüşdən sonrakı brifinqdə Şarl Mişelin,- “artıq davamlı sülh prosesi başlayıb”-, dediyini eşidəndə sövq- təbii böyük şairimizin sözləri yadıma düşdü:

Axşam üstü qoy uzaqdan

Havalansın Xanın səsi

Qarabağın şikəstəsi…

Musa URUD (QULİYEV),

Millət vəkili

Etikxeber.az

Read Previous

Rusiyanın BMT-nin İnsan Haqları Şurasındakı üzvlüyü-DAYANDIRILDI

Read Next

Brüssel səfəri dövlət başçısının dünyada böyük nüfuzunun göstəricisidir- Cəbi Quliyev

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir