“Bu əxlaqsız kimdirsə, həm də peşəkar əxlaqsızdır…” – QƏNİRƏ PAŞAYEVA

Millət vəkili Qənirə Paşayevanın saxta “Facebook” profili-səhifəsi açılıb.

Etikxeber.az-ın xəbərinə, bu barədə millət vəkilinin özü məlumat verib və rəsmi “Facebook” səhifəsində status paylaşıb.

Statusu olduğu kimi, təqdim edirik:

“Bunu kim edibsə dünyadakı ən ƏXLAQSIZ,TƏRBİYƏSİZ adamlardan biridir,Oğrudur. Mənim adıma rəsmi səhifəmlə eyni adda səhifə açıb,ora rəsmi səhifəmdəki şəkili və məlumatları qoyub və tanınmış insanlara dostluq göndərən bu əxlaqsızın göndərdiyi dostluqları qəbul etməyin və ondan şikayət göndərin, əziz dostlar.

saxta qanira

YENI QANIRA

Bu əxlaqsız kimdirsə, həm də peşəkar əxlaqsızdır. Məni səhifəni açan kimi əngəlləyib ki, mən bu səhifəni görə bilməyim. Yaxşı ki dostlar xəbər verdi və linki göndərdi.

Bunu edən adamda br az da olsa, əxlaq anlayışı varsa qapasın səhifəni yoxsa rəsmi yollarla şikayət edib bu admini tapacağıq və tədbirlər görüləcək.

Əziz dostlar, səhifələrdən hansında dostluğunuz varsa, çox izləyici və 5000-ə yaxın dost varsa odur rəsmi səhifə, digəri fırıldaqçının açdığı səhifədir.

Bu yalançı səhifəni şikayət edin xahiş edirəm”.

Etikxeber.az

Read Previous

“Sadəcə, güclü iradə lazımdır…” – DEPUTATDAN ÇAĞIRIŞ

Read Next

“Gündəlik həyatında çətinlik çəkən insanlar da var…” – TAHİR MİRKİŞİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir