“Bu əzm, bu ruh yüksəkliyi, döyüş istəyi bizə Qarabağın işğalından bəri yoldaşlıq edir…”-ELDƏNİZ SƏLİMOVUN YAZISI – (ÖZƏL)

Azərbaycan hər gün yeni Zəfərlərə imza atır.

Zamanın nəbzini tutan dövlət başçımız cənab Prezident İlham Əliyev yürütdüyü siyasəti ilə dövlətimizi daim zirvələrə qaldırır, xalqımızın rifahını yüksəldir.

Bütün atılan və verilən qərarlar daim millətimizin mənafeyi nəzərə alınaraq atılır.

Ermənistanın faşizm üzərində qurulmuş siyasəti bizim dövlətin gücü və qüdrəti qarşısında uzun müddət davam gətirə bilmədi.

Azərbaycan Ordusu daim öz sözünü deyir.

Biz millət olaraq 44 günlük savaşda hamımız yumruq kimi cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşdik.

Sanki Prezident üzük, biz onun qaşı olduq.

Belə dövlətin sarsılmaz şücaəti ilədə torpaqlarımız geri qaytarıldı.

Rəşadətli Azərbaycan əsgərinin əzmi, döyüş ruhu çox yüksək olmaqla ali dərəcəyə yüksəldi.

Şuşa alınmaz qala kimi görünsədə cəngavərlərimiz caynaqları ilə cırmaqlayaraq torpağı geri aldılar, Şuşanı geri qaytardılar.

Bəli, Şuşa!

Şuşanın geri qaytarılması özü bir tarixdir.

Çünki bu döyüşdə əsl Tarix yazılmışdır.

Hər kəsə məlumdur buranın necə geri alınması.

Əlbəyaxa döyüşlər, qanlı savaş, bıçaq yarası ilə yaralanan əsgərlər hər şeyi göz özünə sərir.

Bizim igidlər vəhşi, azğın ermənini iti qovan kimi qovub çıxardılar yurdumuzdan.

Bu əzm, bu ruh yüksəkliyi, döyüş istəyi bizə Qarabağın işğalından bəri yoldaşlıq edir.

Gün gözləyirdik, cənab Prezidentimizin bu əmrini istəyirdik ki, bizim olanı geri alaq.

Bütün dünya bizim ədalətli qələbəmizin şahidi oldu.

Artıq bütün ölkələr bildi ki, Azərbaycan öz sözünü hər bir şəraitdə istər siyasi istər hərb meydanında deməyə qadirdir.

Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində yeni hərbi texnikalar alınmaqla ordunun maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirildi, döyüş qabiliyyəti yüksəldi, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atıldı.

Hərbi xərclərin artırılması ilə sürətlənən ordu quruculuğu prosesini Azərbaycanın bütün qoşun birləşmələrinin timsalında görmək mümkündür.

Bu dövrdə xüsusilə, cənab Prezidentimizin əzmkar duruşu, qətiyyəti hər kəsi bir daha valeh etdi.

O bütün siyasi təzyiqlərə sinə gərərək, bizi üzüağ olaraq beynəlxalq arenada tanıtdı.

Səlis danışıqı, hazır cavabları ilə cənab qarşısında olanlara dərs keçdi.

Sübut etdik ki, Azərbaycanın hər bir vətəndaşı- istər sıravi insan, istərsə də Prezidenti hamımız birik.

Biz bir olduqca, Qələbə bizimlədir.

Belə zamanda hamımızın borcu idi Prezidentimizin yanında olmaq, ona dayaq olmaq.

Bu Qələbə illərlə, əsrlərlə danışılacaq.

Tarix kitabları yenilənəcək.

Biz fəxr edirik belə şanlı dövlətin qeyrətli vətəndaşı olduğumuz üçün.

Gənc nəsillərin bu günləri görməsi, yaşaması böyük fəxr və qürurvericidir.

Artıq biz gənc nəsilə bizim şanlı qələbəmizi danışacaq, necə qüdrətli dövlətimiz və ordumuz olmasından bəhs edəcəyik.

Yaşasın, bizim şanlı Millətimiz!

Yaşasın, Azərbaycan!

Suqovuşan, Hadrut, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı Daşaltı, Şuşa və Ağdam…

Saatlar sonra Kəlbəcər…

Cəmi 7 gün sonra isə Lacın, qartal vüqarlı Lacın…

Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Eldəniz SƏLİMOV,

Millət vəkili

Etikxeber.az

Read Previous

“Qarabağımızın Ağ-damı, bəy otağı! Dostun sevimlisi, düşmənin göz dağı-Ağdam! Ağdamımızdan sonra Kəlbəcərimiz…Az qaldı…Gəlirik!”-JALƏ ƏLİYEVA YAZDI – (ÖZƏL)

Read Next

Daha bir sənətkarı-XALQ ARTİSTİ ƏJDƏR HƏMİDOVU İTİRDİK…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir