“Bu addım atılsa, heç kim axmaq-axmaq ehtimallar irəli sürməz”-“FORMULA-1”-İN SABİQ RƏHBƏRİ

Belə bir durumda bütün mövsümü bağlayar, bu il yarış keçirməzdim. İndiki durumda insanların təhlükəsizliyi üçün mümkün olan yeganə variant budur.

Etikxeber.az məlumat verir ki, bunu “Formula-1”in sabiq rəhbəri Berni Ekklstoun deyib.

Uzun illər yarışa başçılıq edən funksioner üzücü olan reallığı qəbul etməyə çağırıb:

“Bu addım atılsa, heç kim axmaq-axmaq ehtimallar irəli sürməz. Təəssüf ki, Olimpiada ilə bağlı da belə qərar verildi. Məyusedicidir. Amma nə varsa, odur”. 

Təşkilatçılar bəzi mərhələləri ləğv edilən, bəziləri təxirə salınan yarışı 15-18 yürüşlə başa vurmaq niyyətindədir. Ekkslstoun bunu real saymır:

“Əgər bunu bacarsalar, çox-çox təəccüblənərəm. Amma həqiqətən ümid edirəm ki, onlarda alınacaq. Gələn ilin əvvəlində 3-4 mərhələ keçirmək, onları 2020-ci ilin bir parçası hesab etmək olar. Problem ondadır ki, indi uyğun tras tapmaq mümkün deyil. Bu boşluq “Liberti” üçün də yaxşı şans olar ki, hər şeyi nəzarətə götürsün, promouterlərlə məşğul olsun. Həm də komandalara ödənişləri azaltsın ki, onlar 700 yox, 70 əməkdaşla işləsin”.

Qeyd edək ki, Avstraliya və Monako Qran-Priləri ləğv olunub, Bəhreyn, Vyetnam, Çin, Niderland, İspaniya, Monako və Azərbaycan Qran-Priləri qeyri-müəyyən müddətə təxirə salınıb (Apasport.az).

Etikxeber.az

Read Previous

Koronovirusdan ölənlərin sayı 92-yə çatdı-TÜRKİYƏDƏ

Read Next

“Soruşurlar ki, niyə Tofiq Yaqublunun, yaxud da Mübariz Mənsimovun həbsinə münasibət bildirmirsiniz…”-FAZİL MUSTAFA SƏBƏBİNİ YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir