“Bu adları bizə verin ki, haqlarında ölçü götürək”-MSK SƏDRİ

Bu saata kimi MSK-ya rəsmi şikayət daxil olmayıb.

Etikxeber.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında MSK sədri Məzahir Pənahov deyib.

M. Pənahov bildirib ki, Seçki Məcəlləsinə görə, daxil olan şikayətlərə dərhal baxılır: “Amma o demək deyil ki, şikayət olmayacaq. Əlbəttə olacaq. Burada qəbahətli məsələ yoxdur”.

“Ölmüş şəxslərin yerinə səs verilməsi ilə bağlı faktlar MSK-ya təqdim edilsin”.

Bunu da M. Pənahov jurnalistlərə açıqlamasında deyib.

MSK sədri bildirib ki, həmin şəxslərin adı MSK-ya təqdim edilməlidir:

“Bu adları bizə verin ki, haqlarında ölçü götürək. Biz bilək ki, kim kimin əvəzinə səs verib. Belə pozuntu olubsa, əlbəttə ölçü götürülməlidir. Məndə olan məlumata görə, dünyasını dəyişmiş şəxsə bildiriş göndərilmişdi. Biz onu araşdırdıq. Bu, ümumiyyətlə, qeyri-adi vəziyyət idi”.

Etikxeber.az

Read Previous

Tahir Mirkişili də-ŞİKAYƏTLƏNDİ…

Read Next

Saat 10:00,12:00,15:00 və 17:00-a olan seçici fəallığı açıqlandı-MSK – YENİLƏNİB-(2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir