“Bu amansız terror aktı…” – ƏLİYEVDƏN QANİYƏ

 

Ölkə Prezidenti İlham Əliyev Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qaniyə başsağlığı məktubu göndərib.

Etikxeber.az-ın xəbərinə görə, başsağlığında deyilir :

Hörmətli cənab Prezident,

Kabil şəhərində törədilmiş güclü partlayış nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbərdən olduqca kədərləndim. Bu amansız terror aktı dəhşətli bir bəlaya çevrilmiş terrorizmin bütün təzahürlərinə qarşı qətiyyətlə və ardıcıl mübarizə aparılmasının vacibliyini və zəruriliyini bir daha təsdiq edir. Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Əfqanıstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram.

Allah rəhmət eləsin!

Etikxeber.az

Read Previous

“Eyfel”in işıqları söndürüldü – KABİL TERRAKTI QURBANLARININ XATİRƏSİNƏ

Read Next

“Kulinariya haqqında” və “Adlar və soyadlar haqqında” qanunlar gəlir…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir