“Bu, tariximizə olan böyük ehtiramdır” – SONA ƏLİYEVA

“1918-ci ilin may ayında yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti tariximizin ən şanlı səhifələrindən birini təşkil edir. Cümhuriyyətin yaradılması xalqımızın böyük dövlətçilik tarixinə sahib olduğunu göstərir. Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi də məhz tariximizə olan böyük ehtiramdır”.

Etikxeber.az xəbər verir ki, bu fikri Milli Məclisin deputatı Sona Əliyeva deyib.

S.Əliyeva bildirib ki, dövlət başçısı hər zaman tariximizə, milli mənəvi dəyərlərimizə yüksək diqqət göstərir.

Onun fikrincə, bu qərar həmçinin, milli dövlətçilik tariximizə   göstərilən yüksək dəyərdir.

“Müasir müstəqil Azərbaycan dövləti Xalq Cümhuriyyətinin varisi olaraq onun ənənələri yaşadır və davam etdirir. Bu gün cümhuriyyət tarixi geniş şəkildə araşıdırılıb, bu istiqamətdə sanballı elmi əsərlər yazılıb, eləcə də, cümhuriyyətin qurucularını hər zaman böyük ehtiramla yad olunur. Hazırda müstəqil Azərbaycan dünya dövlətləri sırasında özünə layiqli yer tutur. Azərbaycan beynəlxalq müstəvidə söz sahibi olan dövlətdir və dünyanın dinamik inkişaf edən ölkələri sırasındadır. Xalq Cümhuriyyətinin varisi olan mıstəqil Azərbaycanın uğurları ilə  hər birimiz qürur duyuruq. Şübhəsiz ki, «Azərbaycan Xalq Cümhuriyyəti ili» çərçivəsində bir sıra mühüm tədbirlər keçiriləcək. Bu tədbirlər ölkəmizlə yanaşı, xaricdə də reallaşdırılacaq. Bununla da, bir daha dünya ictimaiyyəti Azərbaycan xalqının zəngin dövlətçilik tarixi və ənənələri barədə məlumatlandırılacaq”-deyə, S.Əliyeva sonra  vurğulayıb.

Etikxeber.az

Read Previous

Ərdoğana hədiyyə verən azərbaycanlı tələbə qız – FOTO

Read Next

HƏR SƏHƏR ÜZEYİR BƏYİN ONA XATIRLATDIQLARI – Akademik yazır

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir