Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
COVİD-19 yaş, status, kimlik tanımır.
Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Bəhruz Məhərrəmov deyib.
“Bakı Apellyasiya Məhkəməsinin hakimi Namiq Məmmədovun vəfatı Azərbaycanın hüquq ictimaiyyətini dərindən sarsıtdı. Namiq müəllim savadlı hüquqşunas olmaqla yanaşı, həm də Hakimlərin Seçki Komitəsinin üzvü kimi hakim korpusunun formalaşmasında xidməti olan bir şəxs idi. Mərhumun ailəsinə, yaxınlarına baş sağlığı verir, Namiq müəllimə Allahdan rəhmət diləyirəm”-deyən millət vəkili bildirib ki, bu, artıq ikinci tanışıdır ki, koronaya uduzur.
“Dostlar, görürsünüz, COVİD-19 yaş, status, kimlik tanımır. Ona görə də, bir daha hər birinizi diqqətli və maksimum ehtiyatlı olmağa çağırıram. Mümkün qədər sosial məsafəni qoruyun, tibbi maskasız evdən çıxmayın, minimal gigiyena tələblərinə əməl edin. Bilirsiz bunları etməmək üçün N qədər bəhanə saya bilərik, amma söhbətin mövzusu insan həyatıdırsa, qalan bütün şeylər, hətta haqlı səbəbləriniz belə əhəmiyyıtsizdir”-deyə, millət vəkili sözlərinə əlavə edib.
Etikxeber.az