“Bu ay maddiyatın deyil, mənəviyyatın önə çıxdığı, ən ali insanlıq davranışlarının sərgiləndiyi bir aydır…”-JALƏ ƏLİYEVA

Qəlbində, əməlində insaf, mərhəmət, ədalət və insanpərvərlik daşıyan, torpağını, vətənini, dövlətini ürəkdən sevən hər bir azərbaycanlının, hər bir dünya insanının Müqəddəs Ramazan bayramı mübarək olsun.

Etikxeber.az-ın xəbərinə görə, bu, millət vəkili, professor Jalə ƏIiyevanın Ramazan bayramı ilə bağlı təbrikində yer alıb.

“Bu ay izzət-nəfsin intahan edildiyi, maddiyatın deyil, mənəviyyatın önə çıxdığı, ən ali insanlıq davranışlarının sərgiləndiyi bir aydır. Allah hər zaman sadəcə özünü və öz ailəsini deyil, ətrafını, qonşusunu, elini-obasını da düşünən, onları da sevindirməyi bacaran bütün inanclı insanların, xalqımızın yanında olsun! Bütün azərbaycanlıları öz doğması kimi qucaqlayan və himayə edən dövlətimiz, bu gözəl və güclü dövlətin başında duran Prezident İlham Əliyev və xanım Mehriban Əliyeva hər zaman var olsunlar! Amin!”-deyə, millət vəkili sonra bildirib.

Etikxeber.az

Read Previous

Ermənistanın Şuşa təxribatına Türkiyədən-RƏSMİ MÖVQE – VİDEO

Read Next

Azərbaycan Prezidenti İordaniya kralını-TƏBRİK ETDİ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir