“Bu, Azərbaycan adına edilən və ancaq ən böyüyə xas Böyük Yaxşılıqdır” – DEPUTAT – ŞƏRH(LƏR)

Həmişə olduğu kimi bu il də Novruz bayramı ərəfəsində cənab prezident tərəfindən əfv sərəncamı imzalandı və 431 məhkum əfv olundu.

Bunu Etikxeber.az-a açıqlamasında Milli Məclisin (MM) komitə sədri Eldar İbrahimov deyib.

SENET-ILHAM

O, qeyd edib ki, ölkə başçısı rəhm eləməklə, mərhəmət göstərməklə, bu bayram günündə minlərlə ailəni sevindirdi:

“Bir millət vəkili kimi bunu çox yüksək qiymətləndirirəm. Biz artıq bir neçə ildir ki, cənab prezident tərəfindən əhalinin bu cür sevindirməsinin şahidi oluruq.

Gunahı olanın günahını bağışlanır. Bunu mən ölkə başçısının böyüklüyü hesab edirəm. Prezident ağsaqqal kimi bu cür vasitələrdən istifadə etməklə əhalini sevindirir”.

“Bu kimi addımlar Prezident İlham Əliyev cənablarının həyata keçirdiyi humanizm siyasətinin növbəti təzahürüdür”.

Bunu da MM-in digər komitə sədri Hadi Rəcəbli deyib.

“Ölkə başçısı həmişəki kimi bu humanist qərarı ilə Ümummilli liderimizin formalaşdırdığı mərhəmət və insanpərvərlik dəyərlərinə böyük önəm verdiyini bir daha bəyan etdi” -deyə, H. Rəcəbli sözlərinə əlavə edib.

eldar-bdu

HADIIII

sahib_aliyev_054

Millət vəkili Sahib Alıyev də öz növbəsində deyib ki, Azərbaycan prezidentinin əfv sərəncamı  431 nəfər məhkum olunmuş şəxslərin özləri, doğmaları və yaxınları üçün ən böyük bayram hədiyyəsidir, kimi qiymətləndirilə bilər:

“Amma ömrünün bir hissəsini, bəzi hallarda isə hamısını 4 divar arasında keçirməli olan birinə azadlıq bəxş etməyin qarşılığında hədiyyə sözü çox kiçik qalır. Bu, bir Yaxşılıqdır, azadlığa çıxanlardan da daha çox, onların törətdikləri cinayətdə heç bir rolları olmadğı halda bunun əziyyətini çəkən doğmalarına, yaxınlarına, Azərbaycan adına edilən və ancaq ən böyüyə xas Böyük Yaxşılıqdır.

Onu da deyək ki, bu son 16 ildə dövlət başçımızın etdiyi 33-cü belə Yaxşılıqdır ki, ondan da 5 minə yaxın ailəyə pay düşüb. Bundan başqa bu müddət ərzində Heydər Əliyev Fondunun Prezidenti, Mehriban xanım Əliyevanın təşəbbüsüylə 4 amnistiya olub. On minlərlə soydaşımız da onda sevinib. Əminəm ki, cənab İlham Əliyev buna onlardan heç də az sevinməyib. Çünki bu onun sözləridir: “Prezident nə vaxt sevinir, Prezident xalqı sevinəndə sevinir”.

Etikxeber.az

Read Previous

“Prezident bir daha sübut etdi ki, hər bir vətəndaşımızın prezidentidir” – AKADEMİK

Read Next

“Nəsimi ili”ndə Nəsiminin qardaşına “münasibət” və ya… – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir