“Bu, Azərbaycan dövlətçiliyində tarixi və inqilabi əhəmiyyətli bir sərəncamdır…” – İBRAHİMOV

Ölkə Prezident cənab İlham Əliyevin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” sərəncamı Azərbaycan dövlətçiliyində tarixi və inqilabi əhəmiyyətli bir sərəncamdır.

Bunu Etikxeber.az-a açıqlamasında Milli Məclisin (MM) komitə sədri, professor Eldar İbrahimov deyib.

“Cənab Prezidentin bu addımı insanların problemlərinin həlli istiqamətində görülən novbəti tədbirlərdən və atılan növbəti addımlardandır”-deyən E. İbrahimovun sözlərinə görə,  mütəmadi olaraq dövlət başçısının ölkədə keyfiyyət dəyişikliyinə aparıb çıxaracaq addımlarına şahidlik edirik.

Komitə sədri bildirib ki, bu da əslində təsadüfi deyil, yəni,  hələ 2016-cı ilin ilin əvvəlində keçirdiyi müşavirədə ölkə Prezidenti  ilin ölkədə islahatlar ili olacağını bəyan etmişdi:

“Biz də bunun şahidi olduq. Bununla belə, həmin islahatlar təkcə ötən illə kifayətlənmədi. Bu ilin əvvəlindən bir-birinin ardınca idarəçiliyin daha da təkmilləşdirilməsi, problemlərin həlli ilə bağlı bir çox tədbirlərin şahidi olduq və oluruq. Bu yöndə növbəti addımların da atılacağı istisna deyil və gözləniləndir”.

E. İbrahimovun qeyd etdiyinə görə, bu günlərdə iki nazirliyin birləşdirilməsi və idarəetmənin çevik sistemə keçirilməsi, cəza sisteminin humnaistləşdirilməsi ilə bağlı sərəncamlar da bu qəbildəndir:

“Bu isə o deməkdir ki, insanlara buraxdığı səhvə, xətaya görə yenidən başlamaq, islah olmaq imkanı veriləcək və iqtisadi cinayətləri artıq kriminal bölgədən inzibati bölgəyə keçirəcək, qısa bir zamanda problemin həllinə gətirib çıxaracaq. Bu, bir tərəfdən insanları buraxdığı səhvə görə mütləq həbslə bitəcək variantdan xilas edir. Dünya ölkələrində bu məsələlərinin ev dustaqlığı, şərti cəza verilməsi, vurduğu zərəri ödədikdən sonra məsuliyyətdən azad olma kimi alternativ variantları var. Bu, həmçinin ağır cinayətlər istisna olmaqla, digərlərinin az müddətli cəza ilə əvəz edilməsinə gətirib çıxaracaq. Ümumilikdə humanistləşdirmə cəmiyyətin xeyrinədir. İnanıram ki, 18 yaşına çatan uşaqlar və qadınlarla bağlı cəzaların yüngülləşdirilməsi variantı seçiləcək. Bir sözlə, bu sərəncam öz əhəmiyyətinə görə çox inqilabi və tarixi sərəncamdır”.

Komitə sədri eyni zamanda, İ. Əliyevin məcburi köçkünlərin kompakt şəkildə müvəqqəti məskunlaşdığı ərazilərdə qazlaşdırma və sayğaclama mümkün olmadığı halda, kommunal xidmətlərə görə ödənişlərin 01 yanvar 2017-ci il tarixinədək olan mərkəzləşdirilmiş qayda ilə müəyyən olunmuş limitlər əsasında həyata keçirilməsi barədə fərmanına da münasibətini bildirib.

E. İbrahimov  adıçəkilən sənədi də yüksək qiymətləndirərək qeyd edib ki, bu da dövlət başçısının və bütövlükdə Azərbaycan dövlətinin məcburi köçkünlərə, onların problemlərinin həllinə diqqətinin və qayğısının növbəti təzahürüdür:

“Bildiyiniz kimi, dövlət başçısı qaçqın və məcburi köçkünlərin problemlərini də daim diqqət mərkəzində saxlayıb, bu məsələlərə qayğı ilə yanaşıb və onların həlli ilə bağlı zəruri tədbirlər görüb. Prezidentin bu fərmanı bütün bunları bir daha təsdiq və əyani sübut etdi. Bütün bunlara görə də ölkə Prezidenti cənab İlham Əliyevə öz adımdan və Azərbaycan xalqının adından dərin minnətdarlığımı bildirir, ona bundan sonrakı yorulmaz, Azərbaycan naminə fəaliyyətində də  növbəti nailiyyətlər, uğurlar arzulayıram. Biz doğrudan da xoşbəxt xalq və dövlətik ki, Heydər Əliyev kimi Ümummilli liderimiz, İlham Əliyev kimi Prezidentimiz var”.

Etikxeber.az

Read Previous

Komitə sədri atasını itirdi…

Read Next

Oğurluqda şübhəli bilinən şəxslər tutulub

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir