“Bu, Azərbaycan üçün vacibdir və təxribatlar vətənimiz üçün heç bir fayda verməyəcək”-RAMİN MƏMMƏDOV

Tarixboyu çətinliklərdən keçmiş, ağır sınaqlarla üzləşmiş Azərbaycan xalqı bu gün də bir yumruq kimi sıx birləşməli, bu mübarizəsindən alnıaçıq çıxaraq bayrağımızı tarixi ərazilərimiz olan Qarabağda dalğalandırmaqla qələbəyə nail olmalıdır.

Etikxeber.az-ın xəbərinə görə, bu fikirlər millət vəkili Ramin Məmmədova məxsusdur.

Onun sözlərinə görə, bu günlər dünyanın bir çox ölkələrinin şəhərlərində Ermənistanın səfirlikləri qarşısında etiraz aksiyaları keçirilir.

“Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız Vətənin səsinə səs verməyə və Prezidentimizin hər bir tapşırığını yerinə yetirməyə hazır olduqlarını bildirməklə vətənpərvər mövqeyini nümayiş etdirirlər. Tovuz hadisələrindən sonra yaşından, cinsindən və sosial vəziyyətindən asılı olmayaraq, vətəndaşlarımızın könüllü olaraq hərbi xidmətə yazılmaları, hər zaman Ali Baş Komandanın əmrini gözlədiklərini və Onun ətrafında səfərbər olduqlarını bir daha təsdiqləyir”-deyən R.Məmmədov bildirib ki, vətənpərvərlik hissləri qəlbimizi qürurla doldurur və zəfər günlərinə doğru inamla irəliləməyə ruhlandırır.

“Lakin ermənilər bu gün haqlı olan Azərbaycan xalqını və soydaşlarımızı müxtəlif təxribatlara çəkmək istəyirlər. İstəyirlər ki, Azərbaycan vətəndaşları təxribata uysun, zorakılığa məruz qalsın və qarşıdurmalarda iştirak etsin. Ona görə də, bütün bunlardan çəkinmək, heç bir təxribata və zorakılığa uymamaq lazımdır. Bu, Azərbaycan üçün vacibdir və təxribatlar Vətənimiz üçün heç bir fayda verməyəcək”-deyə, o, sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“Ermənilər “Sərsəng” su anbarını işğal altında saxlamaqla ekoloji müstəvidə də müharibə aparır”-DEPUTAT

Read Next

“Su təsərrüfatının durumu, su bölgüsündəki naqisliklər barədə dəfələrlə Milli Məclis tribunasından çıxışlar etmişəm və…”-QƏNİRƏ PAŞAYEVA DA ŞİKAYƏTLƏNDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir