“Bu, aztəminatlı vətəndaşlara bayram hədiyyəsidir” – DEPUTAT PREZİDENTİ TƏBRİK ETDİ

Azərbaycan Prezidenti cənab İlham Əliyevin aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında sərəncamı bir daha göstərir ki, ölkə vətəndaşlarının rifahının yüksəldilməsi dövlət başçısının daim diqqət mərkəzindədir. Bu, həm də dövlət başçısının aztəminatlı vətəndaşlara bir bayram hədiyyəsidir.

Bunu Etikxeber.az-a açıqlamasında deputat Eldəniz Səlimov deyib.

“Bu ənənənin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub və onun siyasətinin layiqli davamçısı ölkə Prezidenti İlham Əliyev tərəfindən davam etdirilir. Artıq neçə illərdir ki, aztəminatlı ailələrə, şəhid ailələrinə, müharibə veteranlarına mütəmadi olaraq bu cür müavinətlər verilir. Bu, həm bizim milli adət-ənənələrimizə bağlılıqdır, həm də dövlət başçısının aztəminatlı insanlara qayğısının ifadəsidir”-deyə, qeyd edən deputat vurğulayıb ki, bütövlükdə bu sərəncam Prezidentin apardığı sosial siyasətin, aztəminatlı insanlara qayğı siyasətinin məntiqi davamıdır.

Onun sözlərinə görə, ölkə Prezidentinin son aylarda bir neçə bu cür fərman və sərəncamları olub.

axc-ilham

“Aztəminatlı insanların, qaçqın və məcburi köçkün ailələrinin, əlillərin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, şəhid ailələrinə birdəfəlik müavinətin verilməsi və s. ilə bağlı tədbirlər ölkə başçısının sosial siyasətinin davamıdır”-deyən E. Səlimov həmçinin bildirib ki, İ. Əliyev son sərəncamı birmənalı olaraq vətəndaşlarımız tərəfindən hörmətlə və minnətdarlıqla qarşılanır.

ilham-fond

“Bu, bütövlükdə Azərbaycan vətəndaşlarının dövlətə bağlılığının, cənab Prezidentin ətrafında sıx birləşməsinin ifadəsidir. Azərbaycan vətəndaşları ölkə başçısının bütün addımları kimi, bu addımını da çox müsbət qiymətləndirir və təqdir edir. Azərbaycan vətəndaşları öz Lideri ilə öyünür və fəxr edir”-deyə, E. Səlimov sonra sözlərinə əlavə edib.

Millət vəkili eyni zamanda fürsətdən istifadə edərək, ölkə Prezidentini növbəti doğum günü, 57 yaşının tamam olması münasibəti ilə təbrik edib, ona Azərbaycan naminə yorulmaz fəaliyyətində uğurlar arzulayıb.

elde-paiii

Qeyd edək ki, Prezident İlham Əliyevin Aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında 2018-ci il 19 dekabr tarixli sərəncamı ilə dekabrın 28-nə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 100 manat məbləğində birdəfəlik yardım ödəniləcək. Birdəfəlik yardımın maliyyələşdirilməsi məqsədilə 2018-ci il dövlət büdcəsində ünvanlı dövlət sosial yardımı və sosial müavinətlər üçün nəzərdə tutulmuş vəsaitin xərclənməmiş qalıq hissəsindən 5 milyon manat ayrılıb.

Etikxeber.az

Read Previous

Putin Əliyevə nədən zəng etdi?

Read Next

“Azərbaycanı Əliyevin siyasətindən kənarda təsəvvür etmək çətindir” – ƏLİ ƏHMƏDOV – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir