“Bu, bir reallıqdır ki, günümüzdə sosial şəbəkələrdən dini duruma mənfi təsir göstərmək və gəncləri bu məkirli siyasətə alət etmək üçün istifadə olunur”-MÜBARİZ QURBANlI – (ÖZƏL)

 Ölkəmizdə dini durum kifayət qədər sabitdir, din sahəsində hər hansı problem yoxdur və din azadlığı tam şəkildə təmin olunur. Dövlətimiz dindarlara daim diqqət və qayğı ilə yanaşır. Azərbaycandakı bu mühitə mənfi təsir göstərmək istəyənlər olar bilər.

Bunu Etikxeber.az-ın müxbirinin “Hələ də mediada, sosial şəbəkələrdə dini mövzunu istismar edən radikal qrupları dəstəkləyən çevrələrin, xarici dairələrin Azərbaycandakı dini duruma təsir etməyə cəhdləri yönündə müzakirələr getməkdə, narahatlıqlar ifadə edilməkdədir. Sizcə, bunlara köklü əsaslar varmı? Azərbaycan dini cəhətdən tam azaddırmı, fanatizm ifrat həddə deyil ki?” sualına cavabında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı bildirib.

O, xüsusilə qeyd edib ki, sosial şəbəkələrdə aparılan əsassız və qərəzli müzakirələrin heç bir əsası yoxdur. Ölkəmizdə aparılan genişmiqyaslı maarifləndirmə nəticəsində cəmiyyətimiz və gənclərimiz yad ideologiyalar barədə məlumatlıdır.

“Lakin bu, bir reallıqdır ki, günümüzdə sosial şəbəkələrdən dini duruma mənfi təsir göstərmək və gəncləri bu məkirli siyasətə alət etmək üçün istifadə olunur. Bunları nəzərə alaraq, Dövlət Komitəsi sosial şəbəkələrdə də aktiv maarifləndirmə işləri aparır. Həmçinin bu gün sosial şəbəkələrdə din xadimlərimiz də fəaldır. Çünki daha geniş auditoriyaya malik olan sosial şəbəkələrdən milli-mənəvi və dini dəyərlərimizin təbliğində maksimum istifadə olunmalıdır. Burada başlıca məqsəd dindən sui-istifadə edənlərin, dini hissləri istismara məruz qoyanların bəd əməllərini ifşa etmək, radikal-ekstremist qruplara qarşı mübarizəni gücləndirməkdir. Biz Azərbaycanın başqa ölkələr üçün örnək olan dövlət-din modelini qorumalı, multikultural, tolerant dəyərlərimizə zidd olanların qarşısını almalıyıq”-deyə, o, sözlərinə əlavə edib.

08:12

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Sahibə Qafarova-ƏRDOĞANLA GÖRÜŞDÜ – FOTOLAR

Read Next

“Tofiq Yaqublu “City Hospital”a köçürülüb, mənim şəxsi nəzarətimdədir…”-ADİL QEYBULLA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir