Bütün məsələlərdə, istər ikitərəfli, istər çoxtərəfli məsələlərdə Pakistanın və Azərbaycanın mövqeləri üst-üstə düşür.
Etikxeber.az xəbər verir ki, bu fikri Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif iyunun 15-də Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında söyləyib.
Baş nazir bildirib:
“Pakistan və Azərbaycan qardaş xalqlardır. Bizim münasibətlərimiz qarşılıqlı dəstək, səmimiyyət və qarşılıqlı etimad üzərində qurulub”.
***
Pakistan Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib.
Bunu da Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Prezident İlham Əliyevlə mətbuata birgə bəyanatı zamanı deyib.
“Biz Qarabağ üzərində Azərbaycanın hüququnu hər zaman birmənalı olaraq dəstəkləmişik. Sizin ordunuz cəsurcasına döyüşərək Qarabağı geri qaytarmış və öz hüququnu bərpa etmişdir. Pakistan da Azərbaycanı dəstəkləmişdir. Bu, bizim qardaş olaraq vəzifəmiz və borcumuz idi ki, biz bunu həyata keçirmişik”, – Baş nazir vurğulayıb.
Etikxeber.az