“Bu, böyük təkan olacaq…” – PƏRVİN KƏRİMZADƏ

Ölkə Prezidenti İlham Əliyevin sərəncamları ilə illərin konkret məsələlərə həsr edilməsi artıq ənənə halını alıb. 2014-cü il sənaye ili, 2015-ci il kənd təsərrüfatı ili, 2016-cı il multikulturalizm ili, 2017-ci il islam həmrəyliyi ili, 2018-ci il Azərbaycan Xalq Cümhuriyyəti ili elan edilib.

İl ərzində mövzu ilə bağlı çoxsaylı tədbirlər, toplantılar, konfranslar, forumlar həyata keçirilib, geniş müzakirələr aparılıb. 2019-cu ildə isə ilk dəfə olaraq il konkret məsələyə deyil, tarixi şəxsiyyətə həsr olunur. Prezident İlham Əliyev böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyini nəzərə alaraq 2019-cu ili ölkəmizdə “Nəsimi İli” elan edib.

Ölkə Başçısının bu addımı atması heç də təsadüfi deyil. “Multikulturalizm ili”ndə öz milli-mənəvi, tarixi dəyərlərini dünya ictimaiyyətinə çatdırmaq şansı əldə edən Azərbaycan “İslam həmrəyliyi ili”ndə həm İslam dünyasında, həm də bütün dünyada həmrəylik nümunəsinə çevrildi. “Azərbaycan Xalq Cümhuriyyəti İli”nin layiqincə qeyd edilməsi tariximizə, keçmişimizə böyük ehtiramın təcəssümü oldu.

Etikxeber.az xəbər veri ki, bu sözləri millət vəkili Pərvin Kərimzadə deyib.

Xanım deputat bildirib ki, 2019-cu ilin “Nəsimi ili” elan edilməsi Azərbaycanın öz milli-mənəvi, tarixi dəyərlərinə, görkəmli şəxsiyyətlərinə, klassik ədəbiyyat irsinə yüksək qiymət verdiyini daha dir təzahürü oldu.

“Şərq xalqlarının yaddaşında həqiqət naminə, fikir azadlığı yolunda qəhrəmanlığın rəmzi kimi əbədiləşən Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustadının dünyaya tanıdılması baxımından ölkədə “Nəsimi ili” elan etməsi təqdirəlayiq hadisədir

Qüdrətli söz ustadı dünya poeziyasının ən kamil nümunələri sırasında diqqətəlayiq yer tutan əsərlərində daim insanın əzəmətini, insani məhəbbəti və şəxsiyyətin azadlığını tərənnüm edib. Mütəfəkkir şairin dərin poetik fikirləri, fəlsəfi görüşləri bir sıra xalqların bədii-ictimai fikrinin inkişafına qüvvətli təsir göstərib.

Əsərlərində daim insanın əzəmətini, insani məhəbbəti və şəxsiyyətin azadlığını tərənnüm edən sənətkarın cəsarətli, həqiqətpərəstliyi, qorxmazlığı tərənnüm edən əsərləri 650 il sonra da öz aktuallığını qoruyub saxlayır, bəşəriyyətin mütərəqqi ideyaları, idealları ilə üst-üstə düşür.

Ölkə Prezidenti İlham Əliyev 2019-cu ili “Nəsimi ili” elan etməsi mənəviyyatımıza, ədəbiyyatımıza olan böyük qayğı ilə yanaşı, azad ruhlu şairin dünyada məhz Azərbaycan şairi kimi tanınmasına böyük təkan olacaq”.

parvinnnnnn

AZERPASA

Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov da öz növbəsində deyib ki, İ. Əliyevin 2019-cu ili “Nəsimi ili” elan etməsi xəbərini böyük məmnuniyyət və sevinclə qarşılayıb.

Bildirib ki, bu, ölkə prezidentinin Azərbaycan xalqının dahi şəxsiyyətlərinə, xüsusən, mənəviyyatımıza, ədəbiyyatımıza olan böyük qayğısının bariz nümunəsidir:

“Biz hər zaman ölkə rəhbərliyi səviyyəsində teatra, mədəniyyətə, ədəbiyyata yüksək diqqət görmüşük. Ötən il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə “Cümhuriyyət ili” elan olundu. İl ərzində bu Sərəncamdan irəli gələn bir çox vacib tədbirlər keçirildi. Əminəm ki, bu il də böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə ədəbi irsimiz, mədəniyyətimiz üçün son dərəcə əhəmiyyətli tədbirlər keçiriləcək. Çünki Nəsimi təkcə şair yox, həm də sufidir, mütəfəkkirdir, böyük düşüncə və mənəviyyat adamıdır. Onun yaradıcılığı, sənətkarlığı çox ucadadır. Nəsimi təkcə Azərbaycan xalqının yox, bütün dünyanın ən nəhəng söz adamlarından biridir. O, dünya vətəndaşı, bəşəri şəxsiyyətdir, bütün dövrlərin qürurudur. Hesab edirəm ki, Prezidentimizin bu qərarı bizim düşüncə tariximizə verilən böyük töhfədir. Eyni zamanda Nəsiminin irsinə yüksək münasibətdir”.

Etikxeber.az

Read Previous

Dünən də olub, bu gün də var, sabah da olacaq – ELDƏNİZ SƏLİMOV

Read Next

25 vəzifəli şəxsə xəbərdarlıq olunub, 17 nəfər vəzifəsindən azad edilib – RƏSMİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir