“Bu, bütövlükdə Azərbaycan xalqının qərarıdır” – DEPUTALAR

Millət vəkilləri  YAP-ın İlham Əliyevlə bağlı qərarını şərh etdi

“Prezident İlham Əliyev Azərbaycan xalqının, hər birimizin fəxridir”.

Etikxeber.az xəbər verir ki, bunu mətbuata açıqlamasında Yeni Azərbaycan Partiyasından (YAP) olan millət vəkili Tahir Rzayev ölkə Prezidenti İ.Əliyevin hakim partiyanın bu gün keçirilən 6-cı qurultayında növbəti dəfə prezidentliyə namizədliyinin irəli sürülməsinə münasibətini bildirərkən deyib.

ilya-qurultay

Millət vəkili deyib ki, İ. Əliyevin ölkə prezidenti kimi, son 15 il ərzində gördüyü işlər, həyata keçirdiyi tədbirlər özü elə bir zəmanətdir ki, yenidən prezidentliyə namizəd olsun:

“Yəni, onun liderliyi ilə həyata keçirilən bu tədbirlər də o qədər böyük və genişmiqyaslıdır ki, onun dünyada bənzəri, alternativi yoxdur. Odur ki, belə bir insanın-İlham Əliyevin yenidən prezidentliyə namizədliyinin irəli sürülməsi tamqanunauyğun addımdır və Azərbaycan xalqının ürəyindəndir. Bu baxımdan da hesab edirəm və inanıram ki, Azərbaycan xalqı, Azərbaycan seçicisi də 11 aprel tarixində öz seçimini edəcək və cənab İlham Əliyevi daha 7 il müddətinə prezident seçəcək”.

Digər  tanınmış YAP-çı millət vəkili, adıçəkilən partiyanın İdarə Heyəti və Siyasi Şurasının üzvü olan Eldar İbrahimov da  hakim siyasi təşkilat tərəfindən İ. Əliyevin növbəti dəfə prezidentliyə namizədliyinin irəli sürülməsi ilə bağlı qərarın qəbul edilməsini ürəkdən dəstəklədiyini və birmənalı şəkildə təqdir etdiyini bildirib:

tahir

eldar-bdu

eldeniz-eldeniz

“Bu qərar partiyamızın üzləri, qurultay iştirakçıları tərəfindən yekdilliklə qəbul olundu. Başqa cür də ola bilməzdi. İlham Əliyevin növbəti dəfə prezidentliyə namizədliyinin irəli sürülməsi hər kəsin, bütövlükdə xalqımızın ürəyindəndir. Çünki ümummilli liderimiz Heydər Əliyevin siyasətinin layiqli davamçısı olan cənab Prezidentin son 15 illik fəaliyyəti Azərbaycanı  dünyanın aparıcı və lider dövlətlərindən birinə çevirib. Azərbaycan İlham Əliyevin müdrik, düşünlümüş, prqamatik, realist siyasəti nəticəsində nəinki bölgənin, dünyanın siyasi və iqtisadi sabitlik və təhlükəsizlik adasına çevrilib. Azərbaycan bu gün dünyanın siyasi, mədəni dialoq mərkəzinə, milli və dini tolerantlıq məkanına çevrilməyi baçarıb, buna nail ola bilib. Azərbaycan dünyada hələ də maliyyə-iqtisadi böhranın davam etməsinə baxmayaraq, iqtisadi inkişaf, tərəqqi yolunda qələbələrdən qələbələrə, zəfərlərdən zəfərlərə doğru irəliləyib və bu gün də bu estafeti uğurla davam etdirməkdədir. Yəni, İlham Əliyevin Azərbaycan naminə xidmətlərini saymaqla qurtarmaq olmaz. Bu baxımdan, cənab İlham Əliyevin növbəti 7 il müddətinə prezidentliyini davam etdirməsi, bunun üçün növbəti dəfə mandat alması- buna da heç bir şübhə ola bilməz – çox vacibdir. Ona görə, YAP-ın bu qərarı da elə bilirəm ki, Azərbaycan xalqının mütləq əksəriyyətinin seçimi və qərarıdır”.

YAP-çı millət vəkili Eldəniz Səlimov öz növbəsində hesab edir ki, hakim partiya belə bir qərar verməklə, əslində, Azərbaycan seçicisinin, Azərbaycan vətəndaşının arzusunu, istəyini reallaşdırmış oldu:

“Çünki bu qərar təkcə YAP-çıların arzusu və istəyindən doğan bir qərar deyildi,  həm də Azərbaycan xalqının, Azərbaycan seçicisinin çoxdan bəri səbrsizliklə gözlədiyi bir qərardı. Azərbaycan xalqı indiki hakimiyyətə, konkret olaraq, ölkə Prezidenti cənab  İlham Əliyevə başqa bir alternativ görmür. Bu gün İlham Əliyev alternativi olmayan  bir siyasətçi, dövlət xadimi, siyasi liderdir. Azərbaycan vətəndaşı, Azərbaycan seçicisi də  indiki hakimiyyətin, möhtərəm İlham Əliyev cənablarının yenidən iqtidarda qalmasını, bundan sonra da xalq birgəliyini davam etdirməsini istəyir. Bu istəyin, bu arzunun da qarşısını kim ala bilər ki? Əlbəttə, heç kim, heç bir qüvvə. Ona görə hakim partiya belə bir qərar verməklə, yuxarda qeyd etdiyim kimi,  həm də Azərbaycan xalqının qərarını rəsmiləşdirmiş, reallaşdırmış oldu”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

 

Read Previous

Əliyev rəsmən YAP-IN NAMİZƏDİ OLDU – QURULTAY BAŞA ÇATDI – YENİLƏNİB – (1)

Read Next

İmkan verə bilmərik ki, ikinci erməni dövləti yaransın – PREZİDENT – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir