“Bu, bütün xalqımızı ürəkdən sevindirdi, qürurlandırdı…” – MİLLƏT VƏKİLİ – RƏY(LƏR)

Ölkə prezidenti İlham Əliyevin  birinci vitse-prezident Mehriban Əliyevanın iştirakıyla şəhid ailələri ilə görüş keçirməsi,onlarla səmimi söhbəti, “ev almayan şəhid ailəsi qalmayacaq” açıqlaması, müavinətlərlə bağlı əlavə tədbirlər görməsi, birdəfəlik müavinətin illər öncə onu almış şəhid ailələrinə də verilməsi yönündə qərar məni son günlər ən çox sevindirən xəbər oldu. Elə hesab edirəm ki, bu təkcə məni deyil, bütün azərbaycanlıları, bütün xalqımızı ürəkdən sevindirdi, qürurlandırdı.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva deyib.

mehri-sehid-2

O, qeyd edib, bu, bir daha ölkə prezidentinin, Azərbaycan dövlətinin şəhid ailələrinə, müharibə əlillərinə, şəhidlərə dərin ehtiramının, diqqət və qayğısının növbəti əyani təzahürüdür.

“Təşəkkürlər, cənab prezident!

Şəhidlərimizin ruhuna dərin ehtiram, onların ailələrinə hər zamankı kimi göstəridiyiniz xüsusi qayğıya, şəhid ailələri ilə görüşdəki addımlarınızla bütün məmurlara, millət vəkillərinə, hər bir vətəndaşımıza şəhid ailələrimizə münasibət necə olmalıdır deyə, çox gözəl örnək oldunuz bir daha. Hər kəs bu görüşə, onun bütün detallarına mütləq baxmalıdır”-deyə, Q. Paşayeva sözlərinə əlavə edib.

Digər millət vəkili Sahib Alıyev də həmkarı kimi, ölkə prezidentinin və birinci vitse-prezidentin şəhid ailələri ilə görüşünü və bu görüşən nəticəsi olaraq, verilən sərəncamı çox müsbət və  tarixi hadisə olaraq dəyərləndirib.

Millət vəkili bildirib ki, bununla dövlət rəhbəri bir daha şəhid adının necə uca tutulduğunu hər kəsə nümayiş etdirib.

“Bir dövlətdə ki, şəhid doğmalarına ən yüksək səviyyədə bu cür doğmalıq sərgilənir, o dövlətin torpaqlarının işğal altında qalması mümkünsüzdür”-deyə, millət vəkili sonra qeyd edib.

YENI QANIRA

eldeniz salimovvv

sahib_aliyev_054_436

hikmet-babaoqlu

“Prezident İlham Əliyev şəhid anasının ayağa qalxmasına izin vermədi ,özü onun yanına getdi və bir daha şəhidlərimizin və onların ailələrinin bizim üçün nə qədər dəyərli olduğunu nümayiş etdirdi…Milli birliyimizi də , torpaqlarımızın azad olunmasını da, vətənimizin bölünməzliyini də təmin edəcək mənəviyyat budur!”.

Bunu isə millət vəkili Hikmət Babaoğlu deyib.

Millət vəkilinin dediyinə görə, Azərbaycan dövləti, xüsusilə, ölkə prezidenti daim öz şəhidinə, şəhid ailələrinə, müharibə əlillərinə sahib çıxıb və son görüş də bir daha bunun növbəti əyani təsdiqidir.

“Ona görə, yəni, belə münasibət olan yerdə də ərazi bütövlüyümüzün bərpa olunacağı gün uzaqda deyil!”-deyə, millət vəkili sonda vurğulayıb.

Millət vəkili Eldəniz Səlimov öz növbəsində qeyd edib ki, Azərbaycan dövləti, ölkə prezidenti bütün məsələlərdə daim Azərbaycan xalqının yanındadır, hər zaman onun həm sevincini, həm kədərini bölüşür:

“Azərbaycan dövləti, ölkə rəhbərliyi, xüsusilə, prezident İlham Əliyev və birinci xanım, birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan xalqını maraqlandıran və narahat məsələlərə daim diqqətlə, həssaslıqla, doğmalıqla,  böyük sevgi  və şəfqətlə, böyük diqqət və qayğı ilə yanaşıblar. Elə bir məsələ olmayıb və yoxdur ki, ölkə prezidenti və dövlət rəhbərinin ən yaxın silahdaşı Mehriban xanım ona maraq, diqqət göstərməsin, Azərbaycan xalqının yanında olmasın.

Son görüş də bunu bir daha əyani şəkildə təsdiqlədi. Azərbaycan vətəndaşı, Azərbaycan insanı, xüsusilə, ən həssas təbəqə olan şəhid ailələri, müharibə əlilləri bir daha gördü ki, Azərbaycan dövləti də,  Azərbaycan prezidenti də, ölkə rəhbərliyi də daim onun yanındadır, daim ona sahib çıxıb və bundan sonra da belə olacaq. Burada, bu siyasətdə heç zaman heç bir dəyişiklik, başqa mövqe ola bilməz.

Çünki şəhidlər, şəhid ailələri, müharibə əlilləri bizim qürurumuz, bizim fəxrimiz, bizim baş tacımızdır. Onlar məhz bizlər, bu günlərimiz, müstəqilliyimiz üçün canlarından keçib, canlarını Vətən, Xalq, Dövlət yolunda fəda edib,  şəhid olub, ağır yaralanıblar, əlil düşüblər və sair. Biz bunlara görə daim onlara borcluyuq və minnətdarıq.  Fikirlərimi də məhz cənab przidentin bu kəlamları ilə tamamlamaq istərdim:

“Əziz bacılar, qardaşlar, nənələr, babalar, mən bir daha sizə öz dərin hörmətimi bildirmək istəyirəm. Siz Vətən üçün gözəl övladlar yetişdirmisiniz. Siz öz yaxınlarınıza arxa-dayaq olmusunuz. Siz öz şəhid olmuş övladlarınızla fəxr edə bilərsiniz. Bütün Azərbaycan xalqı şəhidlərimizlə fəxr edir. Şəhidlərimiz daim bizim ürəyimizdə yaşayır və əbədi yaşayacaqdır”.

mehri-sehid-1

mehri-sehid

SEHID AILESI-2

Etikxeber.az

Read Previous

Morata karyerasını “Atletiko”da davam etdirəcək

Read Next

“Paris Sen-Jermen” Paredesi transfer etdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir