“Bu çətin dövrün bitəcəyi gün uzaqda deyil və…”-YENİ MİLLƏT VƏKİLİ SOLTAN MƏMMƏDOV

Təşviqat kampaniyası dövründə keçirdiyimiz görüşlərdə sizə bir söz vermişdim: seçiciləcəyim halda mütəmadi olaraq görüşəcəyimizi söyləmişdim. Sözümüz sözdür. Lakin təəssüf ki, koronavirus pandemiyasının dünyada və ölkəmizdə yaratdığı yeni situasiya, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlardan irəli gələn məhdudiyyətlər birbaşa ünsiyyətdən çəkinmək məcburiyyəti doğurur. İlk növbədə hər birinizi Operativ Qərargahın tövsiyə, tələb və təlimatlarına istisnasız riayət etməyə çağırıram. Bu, hər birimiz üçün, xalqımız və dövlətimiz üçün fövqəladə dərəcədə mühüm əhəmiyyət kəsb edir.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Soltan Məmmədov deyib.

“Əminəm ki, birlik, həmrəylik və intizam bu çətin günləri geridə qoymağın ən effektiv yoludur, biz bunu bacaracağıq. Və çox tezliklə sizinlə bir araya gəlmək, gələcək planlarımızı birgə müzakirə etmək imkanımız olacaq. Verdiyim hər sözün, söylədiyim hər fikrin arxasındayam, buna tam əmin olmağınızı istəyirəm. Seçicilərin təşviqat kampaniyası dövründə keçirilən görüşlərdə, sosial şəbəkələr vasitəsilə etdikləri bütün müraciətlər qeydə alınır. Səlahiyyətlərim və gücüm daxilində olan məsələləri dövlətimizin dəstəyi ilə həll etmək üçün var qüvvəmlə çalışacağıma əmin ola bilərsiniz! İnanıram ki, bu çətin dövrün bitəcəyi gün uzaqda deyil və ən qısa müddətdə sizinlə görüşmək imkanım olacaq! Allah dövlətimizi və xalqımızı qorusun!”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

Sahibə Qafarovadan radikal addım-MM-İN APARATINDA VƏ İŞLƏR İDARƏSİNDƏ İSLAHATLARA QƏRAR VERİLDİ

Read Next

Mehriban Əliyeva “Instagram” səhifəsində Aprel döyüşləri ilə bağlı-PAYLAŞIM ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir