“Bu cinayətlərə görə Xarici İşlər Nazirliyinin rəhbərliyi də bilavasitə məsuliyyət daşıyır…”-İSA QƏMBƏR

Əslində Xarici İşlər Nazirliyi, konsulluq idarələri, səfirliklər dövlətin, xalqın bir siması olmalıdırlar. Dövlətin, xalqın siması olmalı, qapısı olmalı bir strukurda bu cür hallara yol verilməsi dəhşətli dərəcədə utancverici bir hadisədir. Eyni zamanda, təbii ki, ölkənin təhlükəsizliyinə də ciddi təhdiddir. Yəni ayrı-ayrı şəxslərə sənəd verilməsi, viza verilməsi, müxtəlif sənədlərin leqallaşdırılması və sairənin rüşvət müqabilində edilməsi o deməkdir ki, istənilən təhlükəli qüvvələr istədikləri vaxtı Azərbaycan məmurlarına rüşvət verib Azərbaycana gələ bilirlər, gedə bilirlər, burada səndələrini təkmilləşdirə bilirlər.

Etikxeber.az-ın xəbərinə görə, bunu eks-spiker İsa Qəmbər amerikaninsesi.org-a açıqlamasında bildirib.

“Yadınızdadır, zamanında biz demişdik ki, Milli Təhlükəsizlik Nazirliyi əslində milli təhlükə nazirliyinə çevrilib. Amma, indi gördüyünüz kimi Xarici İşlər Nazirliyi də Azərbaycanın təhlükəsizliyinə ciddi bir təhdidə, öz-özlüyündə xarici təhlükə mənbəyinə çevrilib”-deyən İ. Qəmbərin sözlərinə görə, əslinə qalsa, bu, təəssüf ki, Azərbaycanın digər hakimiyyət strukturlarına da aiddir.

O, konsul xidmətinə nəzarət edən qurumların məsuliyyəti ilə bağlı sualın cavabında deyib ki, orada açıq-aydın bildirişlər verdilər.

“Yəni saxlanılan şəxslər elə ilk ifadələrində bildirdilər ki, ‘biz rüşvət almışıq və aldığımızın 20 faizini iki adam arasında 10 faiz, 10 faiz bölüşdürmüşük. Qalan 80 faiz isə guya Xarici İşlər Nazirliyinin xərclərinə gedib.’ Hansı xərclərə gedib? Bəs, dövlət büdcəsindən həmin nazirliyə ayrılan pullar hara gedir? Təbii ki, bu bir neçə məmurun cinayəti deyil. Bu cinayətlərə görə Xarici İşlər Nazirliyinin rəhbərliyi də bilavasitə məsuliyyət daşıyır…”-deyə, İ. Qəmbər sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“BMT Baş katibinin dəstəyi bir daha Azərbaycanın dünyada artan nüfuzunun əyani nümunəsi hesab olunmalıdır”-MM-İN KOMİTƏ SƏDRİNİN MÜAVİNİ

Read Next

“Bakının yükü azaldılmalıdır, yoluxma onda azala bilər….”-PARLAMENTİN KOMİTƏ SƏDRİ OPERATİV QƏRARGAHA SƏSLƏNDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir