“Bu cür addımlar artıq unudulmaqda olan sənətləri də yenidən dirçəldəcək” – Yadigar Cəfərli

“Ölkədə kənd təsərrüfatının, eləcə də yüngül sənayenin inkişafından ötrü ən vacib addımlardan biri daxili bazarın qorunması idi”.

Etikxeber.az xəbər verir ki, bunu tanınmış jurnalist Yadigar Cəfərli öz status-yazısında qeyd edib.

O, qeyd edib ki, gömrük rüsumlarındakı son dəyişikliklər, bu baxımdan, mühüm yenilikdir.

Onun qeyd etdiyinə görə, indi də bəzi dostları xaricdən gətirilən ərzaq məhsullarının, məsələn broyler toyuqlarının qiymətinin artacağı və insanların bunu almaqda çətinlik çəkəcəkləri narahat edir, amma məsələyə bir qədər pozitiv səmtdən də baxmaq olar.

“Məsələn, Azərbaycana kənardan niyə toyuq, yumurta, mer-meyvə gətirililsin ki?! Bəyəm, bunlar özümüzdə yetişmiri?! Xaricdən idxalı azalan bu cür məhsulların yerini tutmaq üçün daxili istehsal genişlənəndə bu istehsal müəssisələrində çalışıb məvacib alanlar Azərbaycan vətəndaşları olmayacaqmı?!
Bir neçə il əvvəl vaxtilə çəkməçi olan, mən görəndə isə artıq sürücü işləyən bir gənclə söhbət edirdik.
Adam balaca bir ayaqqabı sexi hesabına 22-23 yaşında əməlli-başlı imkan sahibi imiş. Onlarla işçisi varmış. Təmiz dəridən ucuz və keyfiyyətli ayaqqabılar tikib satırmışlar. Amma hansı materialdan hazırlandığı bəlli olmayan Çin ayaqqabıları tədricən onun bazarını bağlayıb və axırda sənətini dəyişməyə məcbur olub.
Vaxtilə, şəhərlərdə, kəndlərdə adlı-sanlı dərzilərin, çəkməçilərin, papaqçıların və başqa sənət sahiblərinin dükanları sıralanıb gedərdi. Bu dükanlarda xırda istehsalla məşğul olub para qazanardılar. Sənətlərini övladlarına da ötürərdilər, indi hanı onlar?!
Düşünürəm ki, bu cür addımlar artıq unudulmaqda olan sənətləri də yenidən dirçəldəcək. İnsanları torpağa bağlayacaq və onların əməyini stimullaşdıracaq…”-deyə, Y. Cəfərli daha sonra qeyd edib.

Etikxeber.az

 

Read Previous

“Vaxt varıydı Azərbaycanın hərbi büdcəsi Ermənistan büdcəsinin tamamından çox idi…” – EKSPERT

Read Next

Murnietse: “Ecazkarlıq verir…”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir


Warning: Unknown: write failed: No space left on device (28) in Unknown on line 0

Warning: Unknown: Failed to write session data (files). Please verify that the current setting of session.save_path is correct (/tmp) in Unknown on line 0