“Bu cür cəhdlər Ermənistan xalqı və dövləti üçün yalnız mənfi nəticələr doğura bilər” – DEPUTAT

Qazax rayonunun Daş Salahlı kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsində xidməti vəzifələrini yerinə yetirən zaman əsgərimiz Qarayev Eltun Elman oğlu Ermənistan silahlı qüvvələrinin odlu silahdan açdığı atəş nəticəsində şəhid olub. Bu, həftə ərzində düşmən qüvvələrinin Ermənistan-Azərbaycan sərhədində törətdiyi ikinci qanlı təxribat hadisəsidir. Təxribatların məhz sərhəddə baş verməsi düşmənin məkrli niyyətindən xəbər verir.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili, politoloq Elşad Mirbəşiroğlu deyib.

O, qeyd edib ki, danışıqlar prosesinə və bütövlükdə münaqişənin sülh yolu ilə ədalətli həllinə mane olmaq məqsədi daşıyan bu cür cəhdlər Ermənistan xalqı və dövləti üçün yalnız mənfi nəticələr doğura bilər.

“Azərbaycan dövləti bütün parametrlər üzrə düşməni açıq fərqlə üstələyir və söz yox ki, belə təxribatlar cavabsız qalmır, qalmayacaq. Bir daha qeyd etmək istəyirəm ki, dövlətimizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan heç bir hərbi qulluqçumuzun qanı yerdə qalmayacaq”-deyə, millət vəkili əlavə edib.

Etikxeber.az

Read Previous

“Qadın təkcə gözəllik və ilham mənbəyi deyil…” – MUSA URUD

Read Next

Bu gün 8 Mart-BEYNƏLXALQ QADINLAR GÜNÜDÜR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir