“Bu cür faktlar Minsk qrupunun həmsədrlərinin diqqətindən, faktaraşdırıcı missiyanın diqqətindən yayınmamalı və qeydə alınmaqla, qarşısının alınması üçün müvafiq tədbirlər görülməlidir”-MİLLƏT VƏKİLİ HƏMSƏDRLƏRƏ SƏSLƏNDİ

Azərbaycanın işğal olunmuş ərazilərində ermənilərin qeyri-qanuni fəaliyyəti və təxribatı davam etməkdədir.Bugünlərdə qondarma rejimin başçısı Araik Arutunyan Klikia katalikosu birinci Aramla danışaraq Livandan bir qrup erməni ailəsinin Dağlıq Qarabağa köçürülməsi məsələsini müzakirə edib. Bu, çox qorxulu tendensiyadır və beynəlxalq hüquqa ziddir.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib.

Bildirib ki, hər şeydən öncə 1949-cu ildə qəbul edilmiş Cenevrə Konvensiyası və onun protokoluna ziddir. Bu cür faktlar əsla və əsla ATƏT-in Minsk qrupunun həmsədrlərinin diqqətindən, faktaraşdırıcı missiyanın diqqətindən yayınmamalıdır və bunlar qeydə alınmaqla, qarşısının alınması üçün müvafiq tədbirlər görülməlidir.

“İkinci təhlükəli olan məsələ ondan ibarətdir ki, bugünlərdə Ermənistanda hərbi xidmətə çağırışla bağlı qanuna düzəliş edilməsi gündəmə gəldi. Bu o deməkdir ki, könüllülərin bundan sonra Ermənistan ordusuna cəlb olunmasının qanuni yolu açılacaqdır və bu prosesdə erməni ordusuna könüllülər adı altında çoxsaylı terroristlər cəlb ediləcək. Ona görə də bu iki fakt arasında bir əlaqə qurub belə nəticəyə gəlmək olar ki, Livandan köçürülən ailələrin içərisində də çoxsaylı terroristlər ola bilər. Çünki Livan daima terroristlərin məskunlaşdığı, yerləşdiyi və yetişdirildiyi bir məkan olub.

İlk dəfə 1875-ci ildə erməni terror təşkilatı ASALA yaradılan zaman məhz Livanda yaradılıb. Hazırda da bu klassik ənənə davam etməkdədir. Ona görə də əslində burda iki məsələyə xüsusi diqqət ayrılmalıdır. Bir qeyri-qanuni məskunlaşma, digəri isə Cənubi Qafqaza terroristlərin gətirilməsi ilə regionda vəziyyətin daha da gərginləşdirilməsi. Bu fakta hər şeydən öncə ATƏT-in Minsk qrupunun həmsədrləri dərhal reaksiya verməlidirlər. Və əgər regionda doğurdan da gərginliyin daha da artmasını istəmirlərsə, doğurdan da problemi sülh yolu ilə həll etmək istəyirlərsə bu cür addımların qarşısını almalıdırlar. İşğalçı ölkəyə təziq etməlidilər. Əks təqdirdə, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək üçün lazım olan bütün addımları atacaq”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

Daha 126 yeni yolxma-DAHA 3 ÖLÜM…

Read Next

“Türkiyə onu təhdid edən terror bəlasından, Azərbaycan isə işğal faktından birdəfəlik qurtulacaq, xilas olacaq”-JALƏ ƏLİYEVADAN TÜRKİYƏNİ QISQANANLARA, ERMƏNİSTANI SİLAHLANDIRANLARA KƏSKİN ETİRAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir