“Bu dəfə də məkrli, hiyləgər düşmənin arzuları gözündə qaldı…”-ELDƏNİZ SƏLİMOV

Məkrli, xəbis niyyətli ermənilərin və işğalçı, təcavüzkar Ermənistanın daha bir təxribat cəhdi uğursuzluqla, fiasko ilə nəticələndi. Belə ki, Avropa İnsan Hüquqları Məhkəməsi (AHİM) 26 may iclasında Azərbaycan zabiti Ramil Səfərovla bağl “Makuçyan və Minasyan Azərbaycana və Macarıstana qarşı” adlı qərar çıxarsa da, ermənilərin arzuları bir daha gözlərində qaldı. Onlar bu dəfə AHİM-i Azərbaycana qarşı çirkin oyunlarına alət etməyə çalışsalar da, bu, onların istədiyi kimi alınmadı, gözləntiləri özünü doğrultmadı və doğrulda da bilməzdi.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.

Onun sözlərinə görə, hətta, AHİM-in çıxardığı qərar da Azərbaycan üçün heç bir ciddi anlam və əhəmiyyət kəsb etmir, heç bir hüquqi məsuliyyət yaratmır.

“Çünki Ramil Səfərov Qarabağ ağrı-acılarını yaşamış, öz elindən-obasından digərgin, köçkün salınmış insanlardandır. Onun yaşadıqları, keçirdiyi hisslər nəzərə alınmalıdır və alınmalıydı.Yaxşı və ədalətli olardı ki, Avropa Məhkəməsi öz qərarında, yaydığı məlumatında bunu əks etdirəydi. Amma təəssüflər olsun ki, etmədi. Hansı ki, həqiqətləri üzə çıxarmaq və hüquqi qiymət vermək onun vəzifəsi, borcudur. AHİM 32 ildən bu yana ermənilərin, Ermənistanın Azərbaycana, azərbaycanlılara qarşı yaşatdıqlarına, qanlı cinayət əməllərinə gərək vaxtında və birmənalı qiymətini verdi. Versəydi, əli azərbaycanlıların qanına bulaşmış cinayətkar ermənilərin əməlləri hüquqi qiymətini almış, onlar layiqli cəzalarına almış olsaydı, bəlkə də Qarabağ məsələsində mənzərə tamam başqa cür ola bilərdi.

Həmçinin, bu, digər qanlı münaqişələr törədənlərə və törətmək istəyənlərə bir görk olardı. Amma AHİM bunu etmədi və bu gün etmək istəmir. Bu, çox böyük təəssüf doğurur. Bununla belə,son hadisə, AHİM-in məlum qərarı bir daha göstərdi ki, artıq erməni yalanları, erməni fitnəkarlığı, erməni həyasızlığı, erməni timsah göz yaşları keçmir. Onların yalanlarına, fitnələrinə artıq inanmırlar və inananların da sayı getdikcə azalmaqdadır. Bunun özü bizim bir daha haqlı, ədalətli olduğumuzu, haqq mübarizəsi apardığımızı təsdiqləyir. Eyni zamanda, Ramil Səfərov xalqımızın igid, dəyərli övladlarındandır. Azərbaycan dövləti, Azərbaycan xalqı hər bir dəyərli övladına hər zaman sahib çıxıb və bundan sonra da sahib çıxacaq. Bu yolda heç nə, heç bir addım bizə əngəl, mane ola bilməyəcək-deyə, E. Səlimov sözlərinə əlavə edib.

19:52

Etikxeber.az

Read Previous

“Elə-belə savad lazım deyil…” – RÜFƏT QULİYEV ƏLƏT AZAD İQTİSADİ ZONASI İLƏ BAĞLI DAHA NƏLƏRDƏN DANIŞDI?

Read Next

Azərbaycanda 28 May-Respublika Günü-QEYD OLUNUR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir