Bu dəfə Ağsuya 2 milyon ayrıldı – SƏRƏNCAM

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Ağsuda baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması işlərinin davam etdirilməsi məqsədilə Sərəncam verib.

Etikxeber.az xəbər verir ki, Sərəncama əsasən baş vermiş zəlzələ nəticəsində Ağsu rayonunda yaşayış evlərinə dəymiş ziyanın aradan qaldırılması işlərinin davam etdirilməsi məqsədilə həmin evlərin təmiri üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2 milyon manat Ağsu Rayon İcra Hakimiyyətinə ayrılır.

 Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Etikxeber.az

Read Previous

“Ayrı-ayrı ölkələrdə sığınacaq alanların fəaliyyəti narahatlıq doğurur” – YAP RƏSMİSİ

Read Next

“Mən çox şadam ki…” – MEHRİBAN ƏLİYEVA KÜRDƏXANIDA – FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir