“Bu dəfə ürəyimizi – Şuşanı, Qarabağı itirdik…” – SƏFİR

Bakı uğrunda mübarizənin həlledici günlərində Məhəmməd Əmin Rəsulzadə yazırdı: “Bakısız Azərbaycan başsız bədəndir”. 101 il bundan əvvəl sentyabrın 15- də türk qardaşlarımızın yardımı ilə Azərbaycan bütünləşdi – başımız bədənimizə qaytarıldı. Amma sonradan onu yaxşı işlədə bilmədiyimiz, ya da başqa işlərə -məsələn, Bakı xilaskarkarlarının unutdurulması – sərf etdiyimiz üçün bu dəfə ürəyimizi – Şuşanı, Qarabağı itirdik.

Etikxeber.az xəbər verir ki, bunu sabiq xarici işlər naziri, Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev deyib.

“Xalqımızın Cümhuriyyət elanından sonra XX əsrdəki ən möhtəşəm günü – Bakının erməni-bolşevik işğalından azad edilməsi günü münasibəti ilə hər kəsi təbrik edirəm.

Şuşanın işğaldan azad edilməsi gününün şahidi olacaq gələcək nəsillərə ondan sonra həmişə ayıq-sayıq olmağı, vətənin hər qarışını göz bəbəyi kimi qorumağı arzulayıram…”-deyə, səfir sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Eriksen imtina etdi…

Read Next

“Festivalın keçirilməsi üçün bu qədim şəhər təsadüfən seçilməyib…” – PREZİDENT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir