“Bu, doğulmayan qızlara qarşı zorakılıqdır…” – KOMİTƏ SƏDRİ

Azərbaycanda yeni doğulan qız uşaqlarına qarşı diskriminasiya, neqativ faktlar qadına, onun sağlamlığına, doğulmayan qızlara qarşı zorakılıqdır.

Oxu.Az-ın məlumatına görə, bunu bu gün  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova “Gənclər təşkilatları Dayanıqlı İnkişaf Məqsədləri naminə” mövzusunda konfransda bildirib.

H. Hüseynova deyib ki, Azərbaycanda qız uşaqlarına münasibət narahatlıq doğurur: “Təbiət özü oğlan və qızlar arasında balansı tənzimləyir. Lakin əhalinin artımına müdaxilə olunur. Cinsiyyətin əvvəlcədən müəyyən olunması nəticəsində doğulan oğlanların sayı çoxalıb və disbalanslıq yaranıb”.

hicran

Komitə sədri Azərbaycanda oğlan uşağına verilən üstünlüyə səbəb olan stereotiplərin aradan qaldırılması ilə bağlı maarifləndirmə işlərinin daha da gücləndirilməsini təklif edib:

“Xüsusi ilə də ailədə oğlanlar düzgün tərbiyə olunmalıdır”.

Etikxeber.az

Read Previous

YAP-ın ümumrespublika müşavirəsində nədən bəhs edildi? – YENİLƏNİB – (1) – FOTOLAR

Read Next

“Bunun sonu fiaskodur…” – SEVİNC FƏTƏLİYEVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir