“Bu fərmandan sonra heç bir sənəd və ya arayış almağa ehtiyac olmayacaq…” – İBRAHİMOV

Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin sədri, professor Eldar İbrahimov da ölkə Prezidenti İlham Əliyevin dövlət büdcəsindən məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi üçün ayrılan vəsaitin ünvanlılığının təmin edilməsi və çatdırılma mexanizminin sadələşdirilməsi ilə bağlı məlum fərmanını alqışlayıb və təqdir edib.

E. İbrahimov Etikxeber.az-a açıqlamasında bildirib ki, dövlət başçısı tərəfindən imzalanan fərman həmin kateqoriyadan olan ailələr üçün dövlət tərəfindən yaxşı maddi dəstəkdir.

“Fərmanın bir çox müsbət tərəfləri var və məcburi köçkünlərin, onlara bərabər tutulan şəxslərin işini xeyli asanlaşdıracaq”-deyən komitə sədrinin sözlərinə görə, bu vaxta qədər məcburi köçkünlərə yemək xərci müavinəti kart vasitəsilə onların özünə ödənsə də, kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər müvafiq təşkilatlara ödənilirdi.

“Yəni, məcburi köçkünlər həmin ödənişlərdən istifadə etmək üçün müvafiq sənədləşmə aparmalı, müvafiq qurumlardan arayış almalı idi. Ancaq bu fərmandan sonra heç bir sənəd və ya arayış almağa ehtiyac olmayacaq. Vəsait birbaşa məcburi köçkünlərin özlərinə ödəniləcək və onlar bu puldan necə istifadə edəcəklərini özləri müəyyən edəcəklər. Nəzərə alsaq ki, bir ailənin bir neçə üzvü olur, bu, ailə üçün yaxşı bir maddi dəstəkdir”-deyə, E. İbrahimov sonra qeyd edib.

Komitə sədri həmçinin deyib ki, bu cür ödəniş mexanizminin tətbiqi eyni zamanda məcburi köçkünlərə özlərinin ailə büdcəsini daha səmərəli qurmağa, sərbəst qalan vəsaiti istədikləri kimi istifadəyə etməyə imkan verir:

“Odur ki, bu fərmanı çox müsbət və yüksək əhəmiyyətli sənəd kimi qiymətləndirir, bunu dövlət başçısının, ölkə rəhbərliyinin məcburi köçkünlərə və onlara bərabər tutulan şəxslərə növbəti diqqəti, qayğısı hesab edirəm”.

Etikxeber.az

Read Previous

“Qanunsuz tikilən evlərin çoxu torpaq, əmlak və digər vergilərə cəlb olunur ki…” – RƏHİMZADƏ

Read Next

İdarəetmə hər zaman yenilik və əyanilik tələb edir – KOMİTƏ SƏDRİNİN MÜAVİNİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir