“Bu gənclərin əməyini görməmək mümkün deyil…” – DEPUTAT

Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşən və Aprel döyüşlərində öz adını qəhrəmanlıqla yazmış Azərbaycan gəncliyi ilə fəxr edirəm.

Onların hər biri bizim qəhrəman gənclərimizdir.

Şəhid olan gənclərimizə Allah rəhmət eləsin,qazilərimizə can sağlığı arzulayıram.

Təkcə, bu gün gənclərin günü deyil, həm də özünü gənc hesab edən və onların dostu olanların günüdür.

Təsadüfi deyil ki, ölkə rəhbəri gəncləri özünə dost hesab edir və onları daima diqqətdə saxlayır.

Azərbaycan gəncliyi öz savadı və dünya görüşü ilə ölkəmizin siyasi-ictimai və mədəni-sosial həyatında xüsusi rol oynayırlar.

ilham-adil

Dünyanın müxtəlif yerlərində yaşayan və təhsil alan gənclərimiz ölkə həqiqətlərinin çatdırımasında fəallıq göstərməklə yanaşı,erməni lobbisi və onların havadları ilə öz ağıllı məntiqləri, əsaslı faktlarla mübarizə aparırlar.

Bu gənclərin əməyini görməmək mümkün deyil.

Mən, belə gəncləri dövlətimizin və gələcəyimizin sütunları adlandırardım.

Bir daha gənclərimizi təbrik edirəm.

Onlara gözəl həyat arzulayıram.

Adil ƏLİYEV,

Millət vəkili

Etikxeber.az

Read Previous

Sahibə Qafarova, Azər Kərimli, Elman Nəsirov və Çingiz Qənizadə Strasburqa gedirlər…

Read Next

Tağı Əhmədov 70 yaşında “Əmək”li oldu… – SƏRƏNCAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir