“Bu gedişat İrəvanı və dünyadakı erməni lobbisini ciddi narahat edir…” – POLİTOLOQ

Azərbaycanlılar fevralın 22-də Berlində Xocalı soyqırımı ilə bağlı mitinq keçirərkən, eyni gündə ermənilər Avstriyanın paytaxtı Vyanada anti-Azərbaycan yürüş-mitinqini keçirdiblər. Tədbirdə Ermənistanın və Dağlıq Qarabağ separatçılarının “bayraqları” dalğalanıb. Mümkündür ki, ermənilər yalnız Vyana ilə kifayətlənməsinlər. Ermənilərin hiyləsi aydındır. Hər il Xocalı soyqırımı günü yaxınlaşdıqca Azərbaycanda və bir sıra ölkələrdə anım tədbirləri keçirilir. Ermənilər illərdir “erməni soyqırımını” müxtəlif dövlətlərdə tanıtdırmağa çalışırlar, uğuları da var.

Etikxeber.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

O, qeyd edib ki, ancaq son illər onlarla ölkənin parlamentində Xocalı soyqırımı ilə bağlı da sənədlər qəbul edilib.

“Bu gedişat İrəvanı və dünyadakı erməni lobbisini ciddi narahat edir. Buna görə də İrəvan və erməni lobbisi Xocalı soyqırımının beynəlxalq aləmdə tanınmasının təsirini azaltmaq üçün “Bakıda və Sumqayıtda ermənilərin etnik təmizlənməsinin 30 illiyi” adı altında müxtəlif təxribatçı tədbirlər keçirməyə başlayıblar…”-deyə, politoloq əlavə edib.

Etikxeber.az

Read Previous

Azərbaycanda yenə- ZƏLZƏLƏ BAŞ VERDİ…- YENİLƏNİB – (1)

Read Next

“Hazırda koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilən yoxdur” – İKİ QURUM BİRGƏ MƏLUMAT YAYDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir