“Bu, getdiyimiz yoldur və bu yoldan da bizi heç kimi geri döndərməyə müvəffəq ola bilməyəcək”-DEPUTAT YAZDI

Mayın 22-də “Signify” (əvvəlki adı “Philips Lighting”) şirkətinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevlə bu şirkətin baş icraçı direktoru Erik Rondolat, MDB üzrə baş meneceri Erik Benedetti və “Signify” rəhbərliyinin digər nümayəndələri arasında videokonfrans keçirilməsini çox müsbət və təqdirəlayiq hadisə hesab edirəm.

Koronovaris pandemiyası şəraitində belə bir videokonfransın keçirilməsi hər iki tərəf-həm adıçəkilən şirkət, həm də Azərbaycan üçün çox əhəmiyyətlidir.

Bildiyiniz kimi, son 4-5 ay ərzində yaşanan koronavirus bəlası az qala bütün dünya iqtisadiyyatını çökürdüb, dizə gətirib.

Koronavirus pandemiyası aradan qaldırıldıqdan sonra belə, onun dünya iqtisadiyyatına vurduğu və vuracağı fəsadlar, zərərlər hələ çox çəkəcək, çox davam edəcək. Bu, birmənalıdır, bu, acı reallıqdır.

Odur ki, bu bəladan az zərərlə, az itki ilə çıxmağın yollarından biri kimi, bu tipli görüşlərin, müzakirələrin aparılması indiki dönəmdə və reallıqda ikiqat, üçqat önəmlidir.

Özünüz də görürsünüz və şahidisiziniz ki, ölkə Prezidentinin bu müddət ərzində gördüyü işlər, atdığı addımlar, həyata keçirdiyi birbaşa koronavirus bəlasının hər bir sahəyə təsir etməsinin qarşısının alınmasına, onun genişlənməsinə imkan verilməməsinə yönəlib, hesablanıb.

Uğurlu, müsbət, hər kəs üçün nümunə, model olacaq hadisələr də gözlərimizin önündədir. Azərbaycan bu məsələdə də liderdir, öndərdir, öncüldür, zəfərlər yazmaqdadır.

Odur ki, bir daha adıçəkilən şirkətlə keçirilən videokonfransı hər baxımdan olduğca müsbət və vacib qiymətləndirirəm. Hesab edirəm ki, videokonfrans zamanı dilə gətirilənlər yaxın gələcəkdə bir-biri reallaşacaq.

Çünki bunlar üçün potensial, ən əsası iradə var. Azərbaycan ötən illər ərzində hər zaman qabaqcıl, müasit texnologiyaların, texnoloji yeniliklərin əxz edilməsinə, mənimsənilməsinə və tətbiq edilməsinə xüsusi önəm verib.

Ölkəmizin informasiya-kommunikasiya texnologiyaları-İKT ölkəsi kimi tanınması və qəbul edilməsi də deyilənlərin əyani sübutudur. Bu yerdə mütləq şəkildə onu da qeyd edim ki, 1891-ci ildə yaranan bu şirkət dünyanın 74 ölkəsində fəaliyyət göstərir, 140 ölkədə xidmət və məhsul satışı həyata keçirir.

“Signify” işıqlandırma avadanlıqları, sistemləri və xidmətləri sahəsində dünyada birinci yerdə olmaqla yanaşı, 10 “yaşıl” şirkətdən biridir. Odur ki, belə bir nəhəng və nüfuzlu şirkətlə əməkdaşlığın qurulması, davam və inkişaf etdirilməsi çox mühümdür.

Adıçəkilən şirkətlə əməkdaşlıq və onun daha da inkişaf etdirilməsi ölkə Prezidenti tərəfindən məlum müzakirələr zamanı bir daha vurğulandı.

“Bilirəm ki, şirkətiniz artıq Azərbaycanda dövlət və özəl sektorla bir neçə layihə həyata keçirib. Lakin Davosda müzakirə etdiyimiz və indi birgə icra etdiyimiz bu layihə, əlbəttə ki, ən böyük miqyaslı layihədir. Əvvəllər də müzakirə etdiyimiz kimi, onun gələcək üçün böyük potensialı var. Çünki bu, birinci təcrübədir. Mən əminəm ki, bu, çox uğurlu bir təcrübə olacaqdır və sonra da bələdiyyə, şəhər idarəetmə orqanları bunun faydasını görəcəklər”-deyən dövlət başçımız həmçinin bildirdi ki, bununla da biz çoxlu enerjiyə, yerin təkindən hasil edilən yanacağa digər məqsədlər üçün, ixrac üçün qənaət edəcəyik və şəhərin həyatını daha da yaxşı edəcəyik.

Bütün bunlar bir daha onu deməyə və söyləməyə əsas verir ki, Azərbaycan yeni texnologiyalara, innovasiyalara hazırdır. Biz artıq bunun üçün əhəmiyyətli insan kapitalı yaratmışıq və bizim dövlət xidmətləri, sosial xidmətlərlə bağlı texnologiyalarımız bu gün bəzi başqa ölkələr tərəfindən istifadə olunur.

Ona görə də biz yeni texnologiyalara tam açığıq, çünki onlar yeni miqyasa, dinamizmə, tərəqqiyə, iş yerlərinə və rifaha gətirib çıxarır.

Bu, Azərbaycanın tutduğu, inamla getdiyi yoldur və bu yoldan da onu heç kimi geri çəkməyə, geri döndərməyə müvəffəq ola bilməyəcək.

Eldəniz SƏLİMOV,

Millət vəkili

Etikxeber.az

Read Previous

“Həyata keçirilən sosial layihələr vətədaşlarda, gənc ailələrdə böyük məmnunluq yaradır”-MİLLƏT VƏKİLİ PREZİDENTLƏ BİRİNCİ VİTSE-PREZİDENTİN ŞAMAXI SƏFƏRİNDƏN VƏ ORADAKI AÇILIŞLARDAN DANIŞDI

Read Next

Novruz (Bahar) bayramı…Şıxəli Qurbanovun müəmmalı ölümü…Vəli Axundov…-KAMİL HƏMZƏOĞLU YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir