“Bu gözəl əsəri izləyib Türk tarixi ilə, Türk milləti ilə qürur duymamaq mümkün deyil”-GÜLTƏKİN HACIBƏYLİ

Qonşularımızın 90 faizi rusdilli olduğu üçün oğlumun çevrəsi də daha çox rusdillidir. Biz ailədə həmişə türkcə danışmağınıza baxmayaraq oğlum uşaqlıqdan rusca daha çox danışırdı və rus məktəbinə getmək istəyirdi, amma mən, təbii ki, onu Azərbaycan bölməsinə qoydum. Bu faktoru da nəzərə alaraq həmişə çalışıram ki, övladımın öz köklərinə, millətinə, Vətəninə, dilinə bağlılığı, sevgisi dərin olsun.

Etikxeber.az xəbər verir ki, bunu sabiq deputat Gültəkin Hacıbəyli öz sosial şəbəkə hesabında yazıb.

Qeyd edib ki, bu məqsədlə vaxtaşırı Azərbaycan və türk tarixindən, ədəbiyyatından bəhs edən maraqlı filmlərə birlikdə baxırlar.

“Sizə karantin günlərində birlikdə baxdığımız, Böyük Qurtuluş Savaşından bəhs edən möhtəşəm bir türk serialını tövsiyə etmək istəyirəm: “Vətənim sənsən”. Əgər baxmamısınızsa, mütləq baxın və ən önəmlisi, övladlarınızla birlikdə baxın. Bu gözəl əsəri izləyib Türk tarixi ilə, Türk milləti ilə qürur duymamaq mümkün deyil. Vətəni, insanlığı, insanları sevməyi öyrədən mükəmməl bir ekran əsəridir. Övladlarınızın düşüncəsində, dünya görüşündə, tərbiyəsində dərin iz buracacağına əminəm”-deyə, o, sonra bildirib.

Etikxeber.az

Read Previous

“Başqa çıxış yolu yoxdur”-EKS-DEPUTAT

Read Next

“İçməli su təchizatı, ödəmə terminallarının və bankomatların az olması, işsizlik və sosial müavinətlər görüşlər zamanı ən çox səsləndirilən fikirlərdəndir…”-MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir