Bu günə olan valyuta məzənnələri açıqlanıb

Azərbaycan Mərkəzi Bankı (AMB) 2 dekabr tarixinə valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan Etikxeber.az-a verilən məlumata görə, dekabrın 2-ə olan rəsmi məzənnələr bülletinə əsasən, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi dekabrın 1-i ilə müqayisədə 0,12% artaraq 1,7339 manat təşkil edib.

Avro da manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,85% möhkəmlənərək 1,8516 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl 0,74% bahalaşaraq 0,0272 manata çatıb.

Türkiyə lirəsinin məzənnəsi 1,61% zəifləyərək 0,4957 manat təşkil edib.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1859 manatdır. Beləliklə, funt sterlinq 0,8%-lik artım nümayiş etdirib.

Gürcüstan larisinin məzənnəsi isə 0,27% ucuzlaşaraq 0,6760 manat olub.

Etikxeber.az

Read Previous

“Beşbarmaq” gətirən şəxs barəsində araşdırmaya başlanıldı

Read Next

Süleymanovun xatirəsi onu tanıyanların qəlbində hər zaman yaşayacaq – AMEA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir