Bu gün 23 yaşı tamam, Cənnətdəki dördüncü doğum günü olan-QUBALI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ EYNULLA LƏTİFOV…

Quba rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Eynulla Niyətulla oğlu Lətifovun doğum günüdür.

Eynulla Lətifovun bu gün 23 yaşı tamam olur və bu, Şəhidin Cənnətdəki dördüncü doğum günü, mövlududur.

Etikxeber.az xəbər verir ki, Eynulla Lətifov 2001-ci ilin sentyabrın 8-də Qubanın İkinci Nügədi kəndində sadə bir ailədə dünyaya gəlib.

Ailənin üç övladından biri, iki bacının tək qardaşı olub.

2007-2018-ci illərdə orta məktəbdə oxuyub.

Orta məktəbi bitirdikdən, 18 yaşını tamamladıqdan sonra, 2019-cu ilin oktyabrın 16-da həqiqi hərbi xidmətə, Vətənin keşiyinə yollanıb.

Azərbaycan Ordusunun Əsgəri kimi də İkinci Vətən Müharibəsi başlayan gündən döyüşlərdə olub.

Əsgərliyinin bir ilinin tamamından 3 gün sonra, 2020-ci ilin oktyabrın 19-da, cəmi 19 yaşında isə Xocavənd istiqamətində qanlı döyüşlərdən birində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Nəşi səhərisi gün, 20 oktyabr tarixində İkinci Nügədi kəndinin qəbiristanlığında dəfn olunub.

Şəhidliyindən sonra medallarla təltif olunub.

O, həm də subay olub.

Məkanı cənnətlik, Cənnətdəki dördüncü doğum günü mübarək olsun!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Naftalanlı İkinci Vətən Müharibəsi Şəhidi-FƏRİD ADIGÖZƏLOVUN SABAH CƏNNƏTDƏKİ DÖRDÜNCÜ DOĞUM GÜNÜDÜR, 32 YAŞI TAMAM OLUR…

Read Next

GƏLƏCƏYƏ UĞURLA ADDIMLAYAN XANIM!-Raziyə Kamilqızı yazdı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir