DÇ-2018: 3-cü yerin sahibi Belçika millisi oldu, Belçika-İngiltərə-2:0- YENİLƏNİB – (3)

Rusiyada keçirilən futbol üzrə dünya çempionatının final oyununda dövlət başçıları ilə yanaşı, bir çox xarici nümayəndə heyətlərinin rəhbərləri də iştirak edəcək.

Etikxeber.az xəbər verir ki, Rusiya prezidentinin beynəlxalq işlər üzrə köməkçisi Yuri Uşakov mundialın finalında 15 dövlət başçısının iştirakının gözlənildiyini deyib:

“Müxtəlif ölkələrin başçıları, bir neçə nazir və digər yüksək vəzifəli nümayəndələr final matçında iştirak edəcək”.

Rusiya prezidenti Vladimir Putinin final oyunu zamanı Xorvatiya və Fransa prezidentləri ilə görüşəcəyi gözlənilir.

Qeyd edək ki, DÇ-2018-in finalında Fransa və Xorvatiya yığmaları üz-üzə gələcəklər.

İyulun 15-də “Lujniki” stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 19:00-da baş tutacaq.

Onu da qeyd edək ki, bu gün dünya çempionatında 3-cü yer uğrunda oynanılacaq.

İngiltərə yığması ilə Belçika yığması qarşılaşacaq.

***

Oyunun birinci hissəsi 1:0 hesabı ilə bitib.

Belçikalılar 1:0 önə keçiblər.

***

Oyunun ikinci hissəsi gedir.

Hesab hələlik 1:0 belçikalıların xeyrinədir.

***

Belçikalılar ikinci topu vurublar.

Oyun 2:0 belçikalıların xeyrinədir.

***

Oyun 2:0  hesabı ilə də başa çatıb.

Beləliklə, belçikalılar dünya çempionatında 3-cü yeri tutaraq, bürünc medal(lar)ın sahibi olublar.

Qeyd edək ki, Belçika millisi ilk dəfədir ki, dünya çempionatının bürünc mükafatçısı olur.

Etikxeber.az

Read Previous

Putin Fələstin, Moldova, Qabon və Sudanın dövlət başçıları ilə görüşəcək

Read Next

Dünya çempionu hansı milli olacaq, deputatlar hansı komandanı deyir? – RƏYLƏR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir