Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bakı şəhərinin Yasamal rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan-ailənin dörd övladından və əkiz qardaşlardan biri, subay, Gizir, dörd medallı, 167 saylı orta məktəbin məzunu Taleh Valeh oğlu Yusifovun Cənnətdəki dördüncü doğum günü, 32 yaşının tamam olması ilə bağlı bu gün səhər saatlarında İkinci Fəxri Xiyabanda məzarı ziyarət olunub.
Etikxeber.az xəbər verir ki, 21 may 1992-ci il təvəllüdlü olan və İkinci Vətən Müharibəsi zamanı-oktyabr ayının birinci ongünlüyündə Füzuli istiqamətində Şəhidlik məqamına ucalan, ancaq nəşi iki aydan sonra-10 dekabr 2020-ci il tarixində Ədəbiyyətə uğurlanan Taleh Yusifovun məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib, “Quran” oxunub.
Ailəsinə, valideynlərinə-anası Süsən xanıma Allahdan səbr və dözüm arzulanıb.
Eyni zamanda, Cənnətdəki dördüncü doğum günü, 32 yaşı təbrik olunub.
Şəhidin məzarını ziyarətdə ailə üzvləri, yaxınları, Ağdaşdan və digər bölgələrdən olan Şəhid ailələri, Qazilər iştirak ediblər.
Məkanı cənnətlik, Cənnətdəki dördüncü doğum günü, 32 yaşı mübarək olsun!
Nur içində yatsın!
***
FOTOLAR:







Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az